Qol.Az - print Qol.Az

"Roma" Perotti ilə müqaviləni yenilədi


 

"Roma" Perotti ilə müqaviləni yenilədi "Roma" futbolçusu Dieqo Perotti ilə müqaviləni yeniləyib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, argentinalı yarımmüdafiəçinin yeni sözləşməsi 2021-ci ilin iyun ayına qədərdir.

Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Roma" son qarşılaşmada məhz Perottinin qolu ilə 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, 29 yaşlı futbolçu ötən ildən "Roma"da çıxış edir. O, bu müddət ərzində 78 oyuna 17 qol vurub.


 





07.12.2017    çap et  çap et