Qol.Az

“Albanların Raufa görə təzminat ödəmək fikri yoxdur”


 

“Albanların Raufa görə təzminat ödəmək fikri yoxdur”

"Adrian Skarlatakə ilə yeni müqavilə məsələsini həll etmişik. Ancaq Rauf Əliyevlə bağlı vəziyyət fərqlidir. Onun bizimlə müqaviləsi var".

Bu fikirləri "İnter"in icraçı-direktoru Rəmiş Malıyev bildirib. Komandanın ötən mövsüm bombardiri olan hücumçusu Rauf Əliyev Albaniyaya yollanaraq "Kukesi" ilə bu gün rəsmi müqavilə imzalayacaq.

Malıyev Əliyevin komandada qalması üçün addım atdıqlarını bir daha diqqətə çatdırıb: "Bildiyiniz kimi, Raufun klubumuzun prezidenti Zaur Axundovla görüşü olmuşdu. Təbii ki, bizim klub olaraq futbolçular qarşısında müəyyən öhdəliklərimiz var. Yubanmalar olur və bu, narazılıqlar yaradır. Biz bütün bunları yaxşı başa düşürük və müqaviləylə nəzərdə tutulan öhdəliklərimizi yerinə yetirməyə çalışırıq. Futbolçularımıza yalnız iyul ayının maaşını vermək qalıb".

Klub rəsmisinin fikrincə, əsas məsələ odur ki, Raufun "İnter"lə 2018-ci ilədək müqaviləsi var: "Bu isə məsələnin hüquqi səviyyədə həllini zəruri edir. Yəni futbolçu klubla anlaşması olduğundan digərinə sərbəst keçə bilməz. Bu, ona görə müəyyən təzminatın ödənilməsi qarşılığında mümkündür. Albanların isə bildiyimə görə, təzminat vermək fikri yoxdur. Hər halda, belə bir şey olsaydı, mənim bir klub rəsmisi kimi məlumatım olardı. Ona görə məsələ açıq qalır".

Xatırladaq ki, Rauf 2015-ci ilin yayından "İnter"də çıxış edir (sport24.az).

 





12.08.2017    çap et  çap et