Qol.Az

"Kəpəz"də iki yeni futbolçu


 

"Kəpəz"də iki yeni futbolçu

“Kəpəz” heyətinə yeni oyunçular cəlb edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Ərzurumda təlim-məşq toplanışında olan Gəncə təmsilçisi Türkiyəyə yollanmamışdan öncə iki futbolçu ilə anlaşıb.
 
Hazırlığın Bakı mərhələsinin sonunda Aydın Qasımov və Sergey Çernışev ilə bir illik müqavilə bağlanıb.
 
Qeyd edək ki, Qasımov hücumçu, Çernışev yarımmüdafiəçi mövqeyində çıxış edir.

 





17.07.2017    çap et  çap et