Qol.Az

Mourinyodan Ronaldonun transferi haqda açıqlama


 

Mourinyodan Ronaldonun transferi haqda açıqlama

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo “Real”ın hücumçusu Kriştiano Ronaldonu transfer edəcəklərinə dair yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın “As” nəşrinə istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis həmyerlisini almaq barədə fikirləşmədiklərini deyib:

“Ronaldo “Real” üçün vacib oyunçudur. Bundan başqa Madrid klubu maddi tərəfdən də güclüdür. Buna görə də bizim Ronaldonun oradan gedəcəyini düşünməyimizə əsas yoxdur. Bir də ki, mən çalışdığım kluba alınması mümkün olmayan oyunçuları dəvət etmirəm”.

 





16.07.2017    çap et  çap et