Samir Abasov: "Bu cür oyunla bizə nifrət yaranacaq"

Samir Abasov: "Bu cür oyunla bizə nifrət yaranacaq"
GÜNDƏM 15 Oktyabr 2016 / 21:14 3679
-  A +

"Hər şey göz qabağında idi. "Qarabağ” məşq etdi. Tezliklə belə bərbad oyunu unudub, "Qəbələ” ilə matçı düşünməliyik".

Qol.az-ın sportnet.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 8-ci turunda "Qarabağ"la səfər oyunundan (0:3) sonra keçirilən mətbuat konfransında deyib.
 
Onun sözlərinə görə, bu gün böyük hesabla uduzduqları matçda çox zəif oynayıblar:

 "Bu cür oyunla bizə inam, yox, nifrət yaranacaq. Növbəti matçı səbrsizliklə gözləyirik. Ən azı bugünkü kimi oynamayacağıq. Çalışıb, azarkeşlərmizi sevindirməliyik".

Daha çox


Son xəbərlər