“Qarabağ”ı qiymətləndirməmək olmaz” – Kaliniç

“Qarabağ”ı qiymətləndirməmək olmaz” – Kaliniç
GÜNDƏM 28 Sentyabr 2016 / 15:30 4571
-  A +

“Qarabağ” çətin rəqibdir. Heyətində 5-6 braziliyalı futbolçu var”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Fiorentina”nın futbolçusu Nikola Kaliniç deyib.

Xorvatiyalı hücumçu İtaliya mətbuatına müsahibəsində Avropa Liqasının qrup mərhələsində sabah “Qarabağ”la keçiriləcək oyun haqda  sualı cavablanıdırıb:

“Rəqibin  güclü baş məşqçisi var. Uzun müddətdir ki, komandaya rəhbərlik edir. Buna gördə də “Qarabağ”ı  qiymətləndirməmək olmaz”.

Xorvatiya millisinin üzvü “Dnepr”in heyətində 2014/2015 mövsümündə Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı oynamasını da xatırlayıb: “Dnepr”lə də “Qarabağ”a qarşı oynamışam. Səfərdə qalib gəlsək də, evdə onlara uduzmuşduq”.

Qeyd edək ki, Kaliniç Bakıda keçirilən görüşdə (2:1) “Qarabağ”a 2 qol vurmuşdu. 

Daha çox


Son xəbərlər