Qara Qarayev: “Fənərbaxça" ilə qarşılaşmaq istərdim"

Qara Qarayev: “Fənərbaxça" ilə qarşılaşmaq istərdim"
GÜNDƏM 26 Avqust 2016 / 02:28 5298
-  A +

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Liqasının pley-off mərhələsində “Höteborq”u məğlub etdikləri görüşdən (3:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

Qol.az-ın məlumatına görə, Qarayev əvvəlcə qarşlaşma haqda fikirlərini bölüşüb:

- Oyun ağır şəraitdə keçdi. Ot örtüyü belə bir matç üçün əlverişli deyildi. Lakin biz öncədən bu kimi şeyləri gözə almışdıq və ancaq turu keçmək haqqında düşünürdük. İstədiyimiz kimi oynadıq, qələbə qazanmağa nail olduq. Üçüncü qol bizim üçün çox vacib idi. Hər kəsi təbrik edirəm. Bu, karyeramın ən önəmli oyunlarından biri idi. Bəlkə növbəti il qrupa düşə bilməyəcəyik. Şükürlər olsun ki, bu şansı dəyərləndirə bildik.  

- Oyunun ən yaxşılarından biri idin. Bəs, sənin fikrində meydanın ən yaxşısı kim idi?   

- Kimisə ayırmaq düzgün olmazdı. Ümumilikdə, komandamızda zəif çıxış edən olmadı. 

- Ardıcıl üçüncü dəfə Avropa Liqasının qrup mərhələsində çıxış edəcəksən...   

- Sevindirici haldır. Üçüncü dəfə karyeramıza tarix yazıldı. Mənim karyeram üçün ən önəmli dönəmlərdən biridir. Çempionlar Liqasını düşünürdük, lakin alınmadı.  

- Bu il əvvəlki mövsümlərdən daha gərgin keçdi?

- Bu il bizə şanssızlıq gətirdi. İdman xoşbəxtliyi yanımızda olmadı. Öncəki turlarda gərginlik yaşandı, çətinliklə qalib gəldik.  

- Komanda üzərində təyziq hiss edirdi? 

- Bəli, təyziqlər var idi. Bugünkü oyuna köklənməyimizdə böyük rol oldu. Azərkeşlər, mətbuat bizdən daha yaxşı nəticələr gözləyir. Biz də zəif çıxış etdikdə təyziqlər olur və bu, bizə motivasiya verir. 

- Avroliqanın qrup mərhələsində hansı klubla qarşılaşmaq istərdiniz?  

- ''Fənərbaxça'' ilə istərdim. Onların ölkəmizdə azərkeşləri daha çoxdur. Bilmək istərdim ki, kimi dəstəkləyəcəklər.  

- ''Viktoria Plzen''lə yenidən üz-üzə gəlməyi arzulayırsınız?

- Onlar səfərdə vurduqları qol hesabına mərhələ adladılar. Bizdən üstün oynamadılar. Düşünürəm ki, bu aqresiyanı qrup oyunlarına aparmanın heç bir mənası yoxdur. Eyni qrupa düşsək, üç xal qazanmaq bizim üçün yetərlidir.

Məftun MAHİROĞLU

Daha çox


Son xəbərlər