Mourinyo niyə istefaya göndərildi?

Mourinyo niyə istefaya göndərildi?
DÜNYA FUTBOLU 18 Dekabr 2015 / 20:09 9339
-  A +

Joze Mourinyonun "Çelsi"də istefaya göndərilməsinin səbəbi müəyyənləşib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, London klubunun meneceri Emenalo deyib ki,  portuqaliyalı mütəxəssislə futbolçular arasındaki fikir ayrılıqları səbəbindən bu qərar verilib:

"Komandanın turnir cədvəlində aşağı pillələrə düşdüyü üçün dəyişikliyə ehtiyac var idi. İstefa barədə qərarın verilməsinə Mourinyo ilə futbolçular arasında fikir ayrılığını olması səbəb oldu. İndi oyunçular meydana çıxıb necə bir komanda olduqlarını göstərməlidirlər. Onların istədiyimiz nəticələri əldə etmələrini istəyirik".

Qeyd edək ki, J.Mourinyo "Lester"ə məğlubiyyətdən sonra bəzi futbolçuların ona xəyanət etdiyini bildirmişdi.


Son xəbərlər