Fərhad Vəliyev ağır cəzadan nəticə çıxarmayıb

Fərhad Vəliyev ağır cəzadan nəticə çıxarmayıb
XƏBƏR 10 Dekabr 2009 / 15:15 2062
-  A +

Milli komandamızın və “Qarabağ”ın qapıçısı Fərhad Vəliyev bir müddət əvvəl İntizam Komitəsi tərəfindən cəzalandırılmasından, deyəsən, hələ də nəticə çıxarmayıb. Qol.Az-ın məlumatına görə, Fərhad Vəliyev bu gün ölkə çempionatının XIV turu çərçivəsində “Muğan”a qarşı keçirilən oyunda komanda yoldaşı Zaur Həşimovun üstünə şığıyıb. Oyunun birinci hissəsinin sonlarında komanda yoldaşının səhv etdiyini görən Fərhad onun üstünə gələrək, aqressiv şəkildə narazılığını bildirib. Yalnız digər oyunçuların müdaxiləsindən sonra hər iki futbolçunu sakitləşdirmək mümkün olub. Matçın baş hakimi Ceyhun Haşımov da təcrübəli qolkiperi yanına çağıraraq, şifahi şəkildə ona xəbərdarlıq edib.
Xatırladaq ki, “İnter”lə oyundan sonra Samir Abbasova qarşı qeyri-etik hərəkət etdiyinə görə Vəliyev 3 oyunluq cəzaya məruz qalıb. Məhz “Muğan”la matçda Fərhad cəzasını başa vuraraq, sıraya dönüb. Lakin onun 3 oyunluq şərti cəzası qüvvədə qalıb. Növbəti dəfə qeyri-etik hərəkət edəcəyi halda, Vəliyev yenidən 3 oyunluq cəzalanacaq. 

Daha çox


Son xəbərlər