"İnter"dən növbəti transfer

"İnter"dən növbəti transfer
DÜNYA FUTBOLU 31 Avqust 2015 / 11:54 7133
-  A +

İtaliya "İnter"i daha bir transferini rəsmiləşdirib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, A seriyası təmsilçisi "Volfsburq"da oynayan İvan Perişiçi heyətinə cəlb edib. Xorvatiyalı oyunçu ilə 5 illik müqavilə imzalanıb.

Almaniya mətbuatı bu transfer üçün "İnter"in "Volfsburq"a 20 milyon avro ödədiyini yazıb.


Son xəbərlər