"Xəzər Lənkəran"da itkilər var

XƏBƏR 11 Noyabr 2009 / 11:35 1767
-  A +

Azərbaycan kubokunun 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində "Muğan"la qarşılaşacaq "Xəzər Lənkəran" Salyana itkilərlə yollanıb. Klubun mətbuat xidmətindən verilən məlumata görə, bir müddət öncə əməliyyat olunmuş Dieqo Souza, həmçinin Türkiyəyə qısamüddətli məzuniyyətə gedən Devran Ayhan bugünkü oyunda meydana çıxmayacaqlar. Klub həkimləri tərəfindən yüklənmə diaqnozu qoyulan türkiyəli yarımmüdafiəçi bu səbəbdən bir müddət istirahət edəcək.

Xatırladaq ki, bu komandaların Lənkəranda keçirilən ilk qarşılaşmasında Ağasəlim Mircavadovun yetirmələri 3:1 hesabı ilə qalib gəlmişdi.

 
 
 

Daha çox


Son xəbərlər