"Standard" klubunun sabiq qapıçısı: “Özümə qarşı bu qədər etinasızlığı bağışlaya bilmirəm”

"Standard" klubunun sabiq qapıçısı: “Özümə qarşı bu qədər etinasızlığı bağışlaya bilmirəm”
XƏBƏR 23 Oktyabr 2009 / 18:27 1868
-  A +

“Böyükağa Hacıyevin “Standard” klubuna baş məşqçi gətirilməsindən xəbərdaram. Ümumiyyətlə, həmişə klublarımızda yerli baş məşqçilərin işləməsinin vacibliyini bildirmişəm. Böyükağa Hacıyev “Bakı” kimi klubu çempion etmiş bir mütəxəssisdir. Hər halda onun Valdas İvanauskasdan daha uğurlu olacağına inanıram”. Bu sözləri Böyükağa Hacıyevin “Standard” klubuna baş məşqçi gətirilməsinə münasibət bildirən klubun sabiq qapıçısı Hüseyn Məhəmmədov Qol.Az-a bildirib. Məhəmmədov media nümayəndələrindən də giley-güzar edib: “Heç bir jurnalist məni yada salmır. Əgər mən adi bir oyunçu olsaydım, bəlkə də bunu normal qarşılayardım. Hər halda mən pis qapıçı olmamışam. Özümə qarşı bu qədər etinasızlığı bağışlaya bilmirəm”. Gündəlik məşqlərini davam etdirdiyini bildirən Hüseyn indiki çəkisinin oynadığı müddətdən az olduğunu deyib: “Mən karyeramı bitirməmişəm. İnanıram ki, qış fasiləsi zamanı mənə klublardan təklif gələcək və mən də öz gücümü göstərməyə şans tapacam”.

Daha çox


Son xəbərlər