Millimizin iki üzvü Çempionlar Liqasının oyununda birlikdə 4 qol vurdu

XƏBƏR 30 İyul 2009 / 22:30 2128
-  A +

19 yaşadək qızlardan ibarət milli komandamızın üzvləri kapitan Anna Ələkbərova, Yekatirina Nosova, İna Boykon, Qalina Komorova və Tamara Storovoytovanın çıxış etdikləri Litvanın “Gintra Universitetas” klubu Çempionlar Liqasının seçmə mərhələsində ilk oyununu keçirib. Litva çempionu Gürcüstanın "Norçi" klubu ilə qarşılaşıb. Qol.Az-ın məlumatına görə, matç millimizin üzvlərinin komandası üçün uğurlu alınıb və “Gintra Universitetas” rəqibini 7:1 hesabıyla məğlub edib. Litva çempionunun heyətində çıxış edən millimizin üzvləri də matçı yüksək səviyyədə keçiriblər. Həm millimizin kapitanı Anna Ələkbərova, həm də Qalina Komorova hərəyə iki qol vuraraq, "Gintra Universiteteas"ın qələbəsində böyük rol oynayıblar.   

Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə