“İnter” təlim-məşq toplanışını yarımçıq başa vuraraq, Bakıya qayıtdı

XƏBƏR 25 İyun 2009 / 16:39 2065
-  A +

Türkiyənin Sparta şəhərində qarşıdakı Avroliqaya və yeni mövsümə hazırlaşan “İnter” bu gün təlim-məşq toplanışını yarımçıq başa vuraraq, Bakıya geri qayıtdı. Bu haqda Qol.Az-ın müxbiriylə söhbətində komandanın baş menecerinin köməkçisi Kamran İsmayılov məlumat verib. Klub rəsmisi planlarının dəyişməsinə belə aydınlıq gətirdi: “Biz Slovakiyaya birbaşa Türkiyədən yollanmaq istəyirdik. Amma Türkiyədən heç cür viza almaq mümkün olmadı. Ordana bizə dedilər ki, Slovakiyaya vizanı ancaq Moskvadan ala bilərsiniz. Ona görə də bu gün Bakıya qayıtdıq. Təxminən 2 saatdır ki, komanda artıq Bakıdadır. Sabah isə mən Moskvaya yola düşürəm. Slovakiyaya vizaları məhz oradan alacağıq”.

Daha çox


Son xəbərlər