Berti Foqts: "Mən gözləyirdim ki, 0:4 hesabı ilə məğlub olacağıq"

Berti Foqts: "Mən gözləyirdim ki, 0:4 hesabı ilə məğlub olacağıq"
XƏBƏR 10 İyun 2009 / 00:15 2252
-  A +

"İspaniya ilə matç bizim üçün təcrübə baxımından çox mühüm əhəmiyyət daşıyırdı. Oyunçularımız bu oyundan çox şey öyrəndilər. Türkiyə və İspaniya ilə yoxlama görüşləri futbolçularımızın öz təcrübələrini artırmaq üçün ciddi sınaq oldu. Oyunun gedişatı zamanı düşünürdüm ki, 0:4 hesabı ilə məğlub olacağıq. Lakin müdafiəçilərimizin iki kobud səhvindən sonra ispanlar hesabı artırdılar. Heyətə çağırdığım futbolçular hazırda Azərbaycanın ən güclü futbolçularıdır. Əgər millidə oynaya biləcək başqa güclü futbolçu varsa mənə göstərin" deyə milli komandamızın baş məşqçisi Berti Foqts oyunsonrası mətbuat konfransında bildirib. Jurnalistlərin "futbolçularımız hələ də qol vurmaqda çətinlik çəkir" sualına baş məşqçi belə cavab verib: "Yaxşı olar ki, bu sualı hücumçulara verəsiniz. Onlar məşq zamanı özlərini ən yaxşı cəhətdən göstərirlər. Ümid edirəm ki, növbəti matçlarda qol hesabımızı açacağıq".

Daha çox


Son xəbərlər