Milan Baroş "Palermo"da

Milan Baroş "Palermo"da
DÜNYA FUTBOLU 26 Yanvar 2013 / 16:01 2984
-  A +

"Qalatasaray"ın çexiyalı hücumçusu Milan Baroş bundan sonra İtaliya A seriyasında oynayacaq.

Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, İtaliya klubu "Palermo" Baroşu heyətinə qatmaq istəyir. Uzun müddətdir  "Qalatasaray"da əsas heyyətdən kənarda qalan Baroş bu təklifi qəbul edib. Bundan əvvəl futbolçuya Rusiya və Qətərdən təklf gəlsə də o, bu təklifləri qəbul etməyib. Çex futbolçu ilə bütün şərtlərdə razılığa gələn "Palermo" "Qalatasaray" rəhbərliyi ilə də razılaşmaq üzrədir və ən uzağı bazar ertəsi Baroş müqavilə imzalayacaq.

Qeyd edək ki, 2008-ci ildən "Qalatasaray"da çıxış edən Baroş keçirdiyi 93 oyunda 48 qola imza atıb


Son xəbərlər