Qızlar arasında futbolu ən yaxşı hansı məktəbin şagirdləri oynayır?

Qızlar arasında futbolu ən yaxşı hansı məktəbin şagirdləri oynayır?
XƏBƏR 22 May 2009 / 16:37 4636
-  A +

Mayın 19-dan etibarən AFFA-nın təşkilatçılığı ilə Bakının Xətai, Nizami, Sabunçu və Yasamal rayonlarında yerləşən orta ümumtəhsil məktəblərini təmsil edən 12-15 yaşlı qızlardan ibarət komandalar arasında keçirilən mini-futbol turniri başa çatıb. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, AFFA-nın Futbol akademiyasının meydançasında keçirilən turnirin yarımfinal oyunlarının nəticəsi aşağıdakı kimi olub:
310 saylı məktəb - 148 saylı məktəb 2:1
“Həvəskarlar” (Yasamal) - 165 saylı məktəb 3:0

310 saylı məktəblə “Həvəskarlar” komandası arasında keçirilən final oyununda hesab açılmayıb və qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha dəqiq yerinə yetirən 310 saylı məktəbin komandası turnirin qalibi olub.

Daha çox


Son xəbərlər