“İnter” son 4 ilin ən yaxşı göstəricisinə imza atdı

XƏBƏR 19 May 2009 / 20:31 2062
-  A +

“İnter” klubu cari mövsümdə ölkə çempionatının gümüş mükafatınızı qazanaraq, son 4 ilin ən yaxşı göstəricisinə imza atıb. Qol.Az-ın məlumatına görə, bundan əvvəlki 3 ildə çempion olan komanda növbəti birincilikdə ən yaxşı halda üçüncü yeri tuturdu. Bu “ənənə”nin təməli 2004/05 mövsümündə qoyulub. Həmin vaxt qızıl medallara yiyələnən “Neftçi” növbəti mövsümdə üçüncü oldu. Həmin mövsüm çempion olan “Bakı” isə 2006/07-də bürünc mükafata sahib çıxdı. Həmin mövsümün çempionu “Xəzər-Lənkəran” da növbəti yarışda daha pis göstəriciyə imza ataraq, dördüncü oldu. 2007/08 mövsümünün qalibi olan “İnter” isə cari mövsümdə ikinci yeri tutaraq, 4 illik “ənənə”yə son qoydu. Lakin daha bir ənənə qırılmaz qalıb. 2004-cü ildən bəri heç bir komanda ardıcıl ikinci dəfə çempion ola bilməyib.

 

 


Son xəbərlər