"Mançester Siti"nin Ronaldo israrı davam edir

"Mançester Siti"nin Ronaldo israrı davam edir
GÜNDƏM 18 Sentyabr 2012 / 00:01 3007
-  A +

İngiltərənin "Mançester Siti" klubu "Real" (Madrid) klubunun forvardı Kriştiano Ronaldonu transfer etməkdə israrlıdır.

Qol.Az-ın "Fichajes.com"a istinadən verdiyi məlumata görə, Mançester təmsilçisi portuqaliyalı futbolçunun transferi üçün "Real"a 62 milyon avro təklif edib.

"Şəhərlilər" üstəlik komandanın aparıcı futbolçusu David Silvanı da qarşı tərəfə verməyə hazırdır. "Real"ın prezidenti Florentina Perez isə hələlik bu təklifə münasibət bildirməyib. Lakin Ronaldonun qış transfer pəncərəsi dönəmində komandasını dəyişəcəyi istisna olunmur.

Qeyd edək ki, "Real" rəhbərliyi Ronaldonun qiymətini 200 milyon avro olaraq müəyyənləşdirib.

Daha çox


Son xəbərlər