"İnter" Sloveniya çempionuna məğlub oldu

"İnter" Sloveniya çempionuna məğlub oldu
XƏBƏR 22 İyun 2012 / 00:12 2003
-  A +

Sloveniyada təlim-məşq toplanışını davam etdirən Bakının "İnter" klubu bu gün növbəti yoxlama matçına çıxıb.
 
Qol.Az-ın məlumata görə, "bankirlər" bu dəfə Sloveniya çempionu "Maribor"la qarşılaşıb. 

Bakı vaxtı ilə saat 22:00-da startı verilən matçın taleyini bir qol həll edib. Matçın 53-cü dəqiqəsində Rayko Repin vurduğu qol Sloveniya təmsilçisinə minimal hesablı qələbə qazandırıb - 1:0.

Qeyd edək ki, "İnter" ilk yoxlama görüşündə Avstriyanın "Kapfenberq" klubuna 0:1 hesabıyla məğlub olmuşdu.

Daha çox


Son xəbərlər