"Avro-2012"də 1/4 finalın bütün cütlükləri bəlli oldu

"Avro-2012"də 1/4 finalın bütün cütlükləri bəlli oldu
GÜNDƏM 20 İyun 2012 / 01:47 2966
-  A +

"Avro-2012"nin D qrupunun az öncə başa çatmış görüşlərindən sonra 1/4 finalın növbəti cütlükləri müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, C qrupunun birincisi İspaniya millisi D qrupunun ikincisi Fransa yığması ilə qarşılaşacaq.

D qrupunun qalibi olan İngiltərə millisi isə C qrupunun ikincisi İtaliya yığması ilə üz-üzə gələcək.

Qeyd edək ki, İspaniya - Fransa matçı iyunun 23-də, İngiltərə - İtaliya görüşü isə iyunun 24-də Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.




21 iyun

23:45. Çexiya - Portuqaliya


22 iyun

23:45. Almaniya - Yunanıstan


23 iyun

23:45. İspaniya - Fransa


24 iyun

23:45. İngiltərə - İtaliya

Daha çox


Son xəbərlər