Püşkatma mərasimi keçiriləcək

XƏBƏR 17 Aprel 2009 / 17:08 2246
-  A +

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə AFFA və Təhsil Nazirliyinin təşkilatçılığı ilə universitet tələbəri arasında II Respublika çempionatı keçiriləcək. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, 33 komandanın iştirak edəcəyi çempionatın püşkatma mərasimi aprelin 20-də saat 15:00-da AFFA-nın inzibati binasında olacaq. Universitet tələbələri arasında II Respublika çempionatının açılış mərasimi mayın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Xatırladaq ki, universitet tələbələri arasında I Respublika çempionatı 2008-ci il aprelin 18-dən 31-dək olan müddətdə keçirilmiş və Naxçıvan Dövlət Universitetinin komandası çempionatın qalibi olmuşdu. Universitet tələbələri arasında respublika çempionatının qalibi olan komanda tələbələr arasında Avropa çempionatında iştirak etmək hüququ qazanır.

 

Daha çox


Son xəbərlər