“Muğan” Salyanda 15 minlik stadion tikəcək

XƏBƏR 15 Aprel 2009 / 16:49 2330
-  A +

Elitada qalmaq uğurunda mübarizə aparan Salyanın “Muğan” klubu növbəti mövsümdən daha iddialı çıxış etmək istəyir. Bu mənada qarşıya ciddi məqsədlər qoyub. Qol.Az-ın müxbiri ilə söhbətində klubun vitse-prezidenti Füzuli Əliyev Salyanda yeni, 15 minlik tutumu olan stadionun tikiləcəyini bildirib: “Növbəti ildən iddialarımız daha da artacaq və komandamız daha elitada qalmaq üğrunda yox, ilk “6-lığa” düşmək üçün mübarizə aparacaq. İddialarımız və planlarımız təkcə bununla yekinlaşmır. Komanda üçün eyni zamanda tutumu 15 min tutumu olan yeni stadionun tikintisinə başlanacaq. Artıq bunun üçün kluba indiki stadionun yaxınlığından 4 hektarlıq torpaq sahəsi verilib. Yaxın zamanlarda tikinti işlərinə başlanılacaq. Stadionla bərabər həmin ərazidə yeni otel də tikilib istifadəyə veriləcək. Bundan başqa, eni 60, uzunluğu isə 90 metr olan yeni süni örtüklü meydançada yaxın zamanlarda istifadəyə veriləcək. Qazonun süni olması ev oyunlarını bu tip meydanlarda keçirən komandalara qarşı daha yaxşı hazırlaşmaqdan ötrüdür”. 

Daha çox


Son xəbərlər