"Bakı" və "Lokomotiv"dən darmadağın

"Bakı" və "Lokomotiv"dən darmadağın
XƏBƏR 12 Yanvar 2012 / 00:28 2130
-  A +

Azərbaycanın qadın voleybolçulardan ibarət iki klubumuz klubu ötən gün "Çellenc kuboku"nda 1/16 final mərhələsinin ilk matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, ilk öncə meydana çıxacaq paytaxtın "Bakı" Kiprin "Apollon" klubu ilə qarşılaşıb.

Daha öncə Fransanın "Evre" klubunu mübarizədən kənarlaşdıran "Bakı" bu görüşün də əsas favoriti hesab olunurdu. Lakin bunun üçün ilk oyunda qələbə qazanmaq lazım idi ki, təmsilçimiz bu işin öhdəsindən layiqincə gəlib. Hər 3 setdə qələbə qazanan "Bakı" növbəti mərhələyə çıxmaq işini xeyli asanlaşdırıb - 3:0.

Digər təmsilçimiz "Lokomotiv" isə səfərdə Xorvatiya "Split" klubunun qonağı olub. Bu mərhələyə qədər Macarıstan "Vaşaş"ı ilə qarşılaşan "Lokomotiv" rəqibindən güclü olmuşdu. Komandamız növbəti mərhələyə adlamaq üçün səfərdən sərfəli nəticə ilə dönməli idi. "Bakı" kimi "Lokomotiv" də rəqibinə heç bir şans verməyib - 3:0. 

 

11 yanvar
 
Çellenc kubokunda 1/16 final mərhələsinin ilk oyunları

19:30. "Bakı" (Azərbaycan) – "Apollon" (Kipr) - 3:0 (25:20, 25:19, 25:13)

20:00. "Split" (Xorvatiya) - "Lokomotiv" (Azərbaycan) - 0:3 (18:25, 21:25, 15:25)

Daha çox


Son xəbərlər