UEFA "Zenit"i 50 min avro cərimələdi

UEFA "Zenit"i 50 min avro cərimələdi
GÜNDƏM 13 Dekabr 2011 / 01:34 2940
-  A +

UEFA-nın Nizam-İntizam Komitəsi Rusiyanın "Zenit" klubunu cəzalandırıb.

Qol.Az-ın məlumatına görə, buna səbəb isə Avroliqanın qrup mərhələsinin V turunda "Makkabi" (Təl-Əviv, İsrail) ilə keçirilən görüşdə yerli azarkeşlərin oyunun gedişinə mane olmasıdır.

Peterburqda baş tutan həmin görüşdə "Zenit" azarkeşlərinin meydana tüstülü məşəli atmaları matçın iki dəfə dayanmasına səbəb olmuşdu. Baş verənləri araşdıran UEFA isə "Zenit" klubunu 30 min avro cərimələyib.

Peterburq təmsilçisi "Şaxtyor"la evdə keçirilən oyunda baş verənlərə görə də cəzasız qalmayıb. Həmin görüşdə baş verənlərə görə isə "Zenit" daha 20 min avro cərimə olunub. 

Qeyd edək ki, "Zenit"- APOEL matçı 0:0 hesabı ilə başa çatmışdı.

Daha çox


Son xəbərlər