Mbappe ilə bağlı yeni iddia

Mbappe ilə bağlı yeni iddia
XƏBƏR 13 Sentyabr 2020 / 12:40 3609
-  A +

PSJ-nin futbolçusu Kilian Mbappe klubunu dəyişmək istəyir.

Qol.az “The Times”a istinadən xəbər verir ki, 21 yaşlı hücumçu Paris təmsilçisinin rəhbərliyinə mövsümün sonunda komandadan ayrılmaq istədiyini bildirib. O, La Liqa və ya İngiltərə Premyer Liqa klublarından birinə keçmək niyyətində olduğunu deyib.

Bundan əvvəl Mbappenin bir neçə dəfə PSJ ilə müqaviləsini yenilməkdən imtina etdiyi bildirilmişdi. Onun hazırkı sözləşməsinin müddəti isə 2022-ci iin yayına qədərdir.

Qeyd edək ki, “Real”ın Mbappeni 2021-ci ildə transfer etmək istədiyi barədə xəbərlər yayılıb.

Daha çox


Son xəbərlər