"Sumqayıt"dan ayrılan İlqar Qurbanov "Xəzər" kanalına açıqlama verib.
Qol.az xəbər verir ki, 34 yaşlı müdafiəçi klub tapmayacağı təqdirdə karyerasını başa vuracağını bildirib:
"Çempionat başlasa da, mən hələ ki klub tapmamışam. Danışıqlar Bakıda və Türkiyədə var. Lakin dəqiq nəsə yoxdur. Karyeramın sonlarıdır və buna görə də təklifləri fərqli düşünürəm. Hər təklifə qaçmıram. Gözləyirəm, bu ay xəbər çıxsa, karyeramı davam etdirəcəyəm. Əgər olmasa, gələcək karyeram barədə düşünməliyəm.
Deyirlər ki, gəncləşdirməliyik. Bəs, gənc oyunçu kimdən öyrənməlidir? 29-30 yaşlı futbolçu üçün deyirlər yaşlıdır. Mənim üçün 30 yaşımda deyirdilər ki, gələn il bitirir. 29-30 yaşlı futbolçu üçün bu sözü deyərlər? Camaat 35-40 yaşa qədər oynayır. Gənclər biz təcrübəlilərdən meydanda nəsə görüb-götürürlər. Necə ki, biz Mahmud Qurbanov, Zaur Tağızadə, Qurban Qurbanov, Samir Əliyev kimi oyunçulardan görüb-götürmüşük.
Kənardan zəif əcnəbiləri gətirirlər. Bəs, bizim gənclər kimlərdən öyrənsin? Azərbaycanlı futbolçu onlardan nə götürsün? Ona görə də inkişaf yoxdur, futbolçu gəlmir, yerlilər də qalır kənarda. Gənc məşqçilər elə ancaq "cavan", "cavanlaşdırma" deyirlər. Tək gənc oyunçu ilə iş bitmir axı. Çox gözləmək fikrim yoxdur. Bir il futbolsuz qalıb, meydanlara dönmək mənim yolum deyil. Klub tapmasam, gələcəklə bağlı düşünəcəyəm.
Məşqçi olmağı fikirləşmirəm, amma dəqiq bilmirəm, təklif olar və lisenziya almaq üçün oxumağa yollana bilərəm. Menecer və klub idarəçisi kimi özümü görürəm. Futbolçularla ünsiyyət qurmağı xoşlayıram, bu bacarıq məndə var. Bu gün qıraqda qalan çox futbolçu var, onlara görə təəssüflənirəm. Amil Yunanov kənarda qalıb, Vaqif Cavadov 2 ildir futbolsuzdur. Neçə nəfər məşqçi və klub rəhbərlərinin prinsiplərinə görə karyerasını bitirib. Bunlar futbolumuza zərbədir. İnkişafdan danışmaq üçün yerli futbolçulara dəyər verməliyik".
Çempionlar Liqası: “Qalatasaray” və “Ayaks” evdə uduzdu
“Napoli”- “Qarabağ” oyununun - Heyətləri
"Ən qısa zamanda komandaya qoşulmaq istəyirdim"
Məşhur futbolçunun evi qarət olundu
FİFA Ronaldonun cəzasını açıqladı
Zaur Axundov AFFA İK-dən getdi
AFFA Hakimlər Komitəsinin sədri dəyişdi
“Real” rəhbərliyi Xabi Alonso haqda nə düşünür?
"Qarabağ"ın U-19 komandası "Napoli"yə də uduzdu - Yenilənib
İngiltərə nəhəngləri almaniyalı gənc futbolçunu hədəfə aldı
“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi
Millimiz seçmə mərhələdə ilk oyununu keçirdi
Qallaher “Atletiko”dan gedə bilər
“Real”ın qapıçısı Çempionlar Liqası oyununu buraxacaq
AÇ: Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı
2-ci liqada 2 oyuna 14 qol vuruldu
AFFA Hakimlər Komitəsinin sədri UEFA-dan təyinat aldı
“Çelsi”nin aparıcı futbolçusu məşqlərə qayıdıb
Azərbaycanda futbolçu açıqlamasına görə cəzalandı
AFFA-dan klublara cərimələr
Hidayət Heydərov bu yarışda iştirak edəcək
PSJ-nin yeni formaları - Şəkillər
Amorim: "Qorxuram"
"Barselona"nın liderləri qayıtdı
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
Mbappe mükafatlandırıldı
"Trabzonspor" kapitanını 5 aylıq itirdi
"Real"ın 3 ulduzu Xabidən narazıdır
"Qarabağ" və "Qalatasaray"ın oyunları bu kanallarda
"Qarabağ"ın U-19 komandası "Napoli" səfərində
“Başakşehir” - “Trabzonspor” matçında 7 qol - Video
“Traktor”dan növbəti qələbə - ÇL
"Napoli" ilə matçda maksimum gücümüzü ortaya qoyacağıq"
“Qaradağ Lökbatan” “Şirvan”ı belə məğlub etdi - Video
Ronaldonun bioloji yaşı bəlli oldu
Samir Abasov özü getmək istəmədi - İstefaya göndərildi
"Araz-Naxçıvan"ın "Benfika"ya məğlubiyyəti ağır oldu
Yankoviç ikinci dəfə ata oldu
"Çelsi"nin baş məşqçisi Palmerin zədəsindən danışdı