“Son illərdə Slovakiya yığması ilə ardıcıl oyunlar keçirmişik. Növbəti dəfə yenə rəqib olduq. Elə Moldova ilə də son illərdə tez-tez üz-üzə gəlirdik. Düzdür, bu komanda ilə daha çox yoldaşlıq oyunlarında rəqib olmuşuq. Amma son seçmə mərhələdə ilk dəfə rəsmi oyunda qarşılaşdıq".
Qol.az xəbər verir ki, bu sözləri futzal millimizin üzvü Xətai Bağırov AÇ-2022-nin qrup mərhələsinin püşkünü dəyərləndirərkən deyib.
O, federasiyanın saytına açıqlamasında rəqibləri yaxşı tanıdıqlarını bildirib: "Slovakiya ilə oyunlarımız çətin keçir. Qələbə qazansaq da, bu asan başa gəlmir. Qrupda ən çətin rəqibimiz Slovakiya olacaq.
Moldovanı da Bakıdakı rəsmi oyunda çətinliklə məğlub etdik. Həmin vaxt oyunumuz da istədiyimiz kimi alınmadı, hamımız zəif oynadıq. Amma müqayisə etsək, yenə deyirəm, Slovakiya digərlərindən güclüdür. Bizə birinci yer uğrunda mübarizədə əsas çətinlik yaradacaq komanda onlar olacaq. Bunu deməklə digər rəqiblərimizə hörmətsizlik etmək istəmirəm. Əlbəttə, Moldova yığması da oyun zamanı istənilən səhvdən, boşluqdan istifadə edəcək gücdədir. Üçüncü rəqibimizin kimliyi pley-off oyunlarından sonra bilinəcək. Məncə, Yunanıstan millisi daha şanslı hesab olunur.
Komandanın qarşısına hər zamankı kimi, yenə konkret tapşırıq qoyulacaq. Növbəti dəfə Avropa çempionatının final mərhələsində iştirak etməliyik. Ona görə də yaxşı hazırlaşmalı, heç bir rəqibə saymazyana yanaşmamalı, reytindəki üstünlüyümüzü meydanda da ortaya qoymalı və niyə favorit hesab olunduğumuzu oyunumuzla göstərməliyik”.
Qeyd edək ki, Slovakiya, Moldova, Türkiyə-Yunanıstan cütünün qalibi ilə birinci yer uğrunda yarışacaq Azərbaycan yığması mübarizəyə noyabrda başlayacaq.
Haalanddan daha bir uğur
Azərbaycan klubları ÇL-in növbəti mərhələsinə yüksəldilər
Millimizin və "Sumqayıt"ın futbolçusu əməliyyat olundu
Ramil Şeydayev yenidən "Qarabağ"da - Rəsmi
"Səbail" və "Bakı Sportinq"dən qələbə, "Şəfa"dan darmadağın
Millimizdən Moldovada ardıcıl ikinci qələbə
Mourinyo rəsmən “Benfika”da
“Barselona” düşərgəsindən milliyə narazılıq
U-15 millimiz Monteneqro yığmasına qalib gəldi
Luis Enrike birinci hissəni niyə tribunadan izləyib?
Yılmaz Vural bu klubun baş məşqçisi oldu
"Çelsi"də yeni müqavilə
"Benfika" Mourinyo təyinatını nə vaxt açıqlayacaq?
"Bavariya"dan Çempionlar Liqasında uğurlu göstərici
“Qurban Qurbanov Azərbaycan futbolunda inqilab edib”
İtaliya Superkubokunun məkanı açıqlandı
"İnter Mayami"dən Messi qərarı
"Qarabağ"ın o 6 futbolçusu...
"Neftçi", "Şamaxı" və "Sumqayıt" cərimələndi