"Yuventus"un futbolçusu sıradan çıxdı

"Yuventus"un futbolçusu sıradan çıxdı
DÜNYA FUTBOLU 3 Sentyabr 2020 / 18:50 2206
-  A +

“Yuventus”un və İtaliya millisinin üzvü Federiko Bernardeski zədələnib.

Qol.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.

Ayaq əzələsindən zədələnən 26 yaşlı yarımmüdafiəçi 15 gün yaşıl meydanlardan kənarda qalacaq. Bu müddətdən sonra o, yenidən tibbi müayinədən keçiriləcək.

Bernardeski İtaliya millisinin UEFA Millətlər Liqasında sentyabrın 4-də Bosniya və Herseqovina və üç gün sonra Niderlandla keçirəcəyi oyunları buraxmalı olacaq.


Son xəbərlər