Milli komandamızın sabiq yarımmüfaəçisi Əfran İsmayılovun Qol.az saytına müsahibəsi
- “Keşlə”dən ayrıldıqdan sonra heç bir klubda oynamamısız. Futbolsuz dövrü necə keçirirsiniz?
- Düzü, rayonda idim. Bakıya yeni gəlmişəm. Hər hansı ciddi bir şey yoxdur. Rayonda dayımın işlərinə kömək edirdim. Fikrim orada idi.
- Bəs, indiyədək hansısa klubdan təklif olmayıb?
- Bəli, müəyyən təkliflər var, amma ciddi olanı yoxdur. Elə şeylər var ki, özüm üçün də çox maraqlı deyil. Həm də rəsmi heç nə yoxdur. Olarsa, dəyərləndirərəm. Yalnız Gürcüstan variantı var. Yəni, oradan təklif olunub. Hələlik fikirləşirəm. Dəqiq qərar verməmişəm.
- Həmin klubun adını açıqlaya bilərsiniz?
- Xeyr. Çünki heç özüm də adını düz-əməlli bilmirəm. Əsas odur ki, yaxşı komandalar olsun. Bu məsələdə bir neçə amil var. Görək, nə qərar verəcəyik.
- Bu vaxta qədər işsiz qalmağınızın səbəbini nədə görürsünüz? Sizcə, klublar futbolçulara yetəri qədər qiymət vermir, yoxsa problem sizin özünüzdədir?
- Bilmirəm. Yəqin ki, özümdə səhv olar. Ümumiyyətlə, çalışıram ki, nə olursa-olsun, kimdəsə səhv görməyim. Ona görə də problemi özümdə görürəm. Yəni, məndə səhv var ki, belə olub.
- Azərbaycan yığması Millətlər Liqasında Lüksemburq və Kipr yığmaları ilə qarşılaşacaq. Yeni gələn Canni de Byazinin baş məşqçilik etdiyi millidən gözləntiləriniz nədir?
- De Byazinin Albaniyada uğurları olub. Kim gəlir-gəlsin, mənim üçün fərqi yoxdur. Əsas odur ki, milliyə faydalı olsun. Millətlər Liqası başlayır. Bütün rəqiblər dişimizə uyğun komandalardır. Amma baxırsan ki, onların futbolçularının əksəriyyəti Avropa klublarında oynayır. Buna görə də çətin matçlar olacaq. Amma ən real şans bu çempionatda görüldüyü üçün arzu edirəm ki, birinci olaq.
- Bir məqam da var ki, Canni de Byazi milli üçün etdiyi futbolçu seçimlərinə görə tənqid edilir. Yəni, əsas oyunçulardan bir neçəsi- Ağabala Ramazanov, Riçard Almeyda kimi futbolçular dəvət olunmayıb.
- Bu elə bir şeydir ki, hər zaman olur. İstənilən məşqçi seçimlərinə, hər hansı bir futbolçuya görə mütləq tənqid edilir. Amma Ağabala Ramazanovun dəvət olunmamasına həqiqətən məyus oldum. Onu çağırsaydılar, yığmamız üçün üstünlük olardı. Riçard Almeydanın dəvət olunmaması açığı, heç mənim üçün maraqlı da deyil. O, legionerdir. Çağırılmaması mənə görə, daha yaxşıdır. Heç vaxt milliyə əcnəbi oyunçuların gətirilməsinin tərəfdarı olmamışam. Lakin Ağabala Ramazanovun dəvət olunmasını çox istəyərdim. İndi etməyiblər, hörmətlə yanaşmaq lazımdır. Yəni, mənim üçün futbolçu seçimi olaraq təəccüblü qalan məsələ yalnız Ağabalanın çağırılmaması idi. Qalan hər şey qaydasındadır. İnanıram ki, milli komanda yaxşı nəticələr qazanacaq və həqiqətən, bunu arzulayıram. Çünki bu yığma hamımızın ad-sanıdır. Milli komandanın yuxarı qalxması Azərbaycanın irəliləməsidir. Kim vətənini sevirsə, seçimlərin yalnış və ya düz olduğunu yox, bu komandanın Azərbaycanın olduğunu düşünməlidir, qələbə arzulamalıdır.
- Hazırda Yunanıstanın “Atromitos” komandasında oynayan Əmir Ağayev də yığmamıza dəvət alıb. Düzdür, FİFA hələlik AFFA-nın müraciətini cavablandırmasa da, Azərbaycan tərəfindən belə bir təklif olub. Lakin dəfələrlə israilli olduğunu vurğulayan bir futbolçunu yığmaya dəvət etmək nə dərəcədə düzgündür?
- Ola bilər ki, Əmir Ağayevdə nəsə perspekitiv görürlər. Ona görə çağırırlar. Amma yenə deyirəm, mən heç vaxt xaricdən futbolçu dəvət edilməsinin tərəfdarı olmamışam. Heç indi də tərəfdarı deyiləm. Artıq vacib bilib, çağırırılarsa, bu qərara hörmətlə yanaşıram. Kim gəlirsə, komanda üçün faydalı olsun. Buraya pul qazanmağa yox, Azərbaycan yığması üçün ürəyini, canını qoymağa gəlsin.
- Klublarımızdan yalnız 2-si Avropada mübarizəni davam etdirir. Dünənki püşkatmanın nəticələrinə görə, “Neftçi” Avropa Liqasının ikinci təsnifat mərhələsində “Qalatasaray”la, “Qarabağ” isə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Mölde” ilə qarşılaşacaq. Komandalarımızın avrokuboklardakı çıxışını və şanslarını necə dəyərləndirirsiniz?
- Həqiqətən çox maraqlı püşklər oldu. “Mölde” Skandinaviya klubudur. Onlar atletik oyuna çox üstünük verirlər. Biz Skandinaviya komandaları ilə oynamışıq. Çətin rəqibdir, çempiondur. Bu, elə bir turdur ki, zəif rəqib olmur. Fərqi yoxdur, hansı komanda düşür-düşsün, oyunlar çətin keçir. Hamısı bir-biri ilə başabaş komandalardır. Yəqin ki, Qurban Qurbanov “Mölde”ni daha yaxşı analiz edəcək. Çünki biz belə komandalara qarşı matç keçirmişik. “Qarabağ” istədiyi oyunu göstərsə, yaxşı nəticə qazanacaq. “Neftçi”yə gəldikdə isə qardaş ölkənin komandası ilə qarşılaşacaq. Çətin rəqibdir. Amma buna baxmayaraq, mən inanıram ki, “Neftçi” öz gücünü göstərsə, bütün futbolçular meydanda istədiyi kimi çıxış etsə, mərhələ adlayacaqlar. Çünki “Neftçi” evdə oynayır. “Qalatasaray”da əvvəlki formasında deyil. Arzu edirəm ki, hər iki komandamızın nəticələri yaxşı olsun.
Nuriyə ZEYNALOVA
İlin futbolçusu seçildi
“Beşiktaş”dan Ştegenə 8 milyon avroluq təklif
"Məşqçi kimi daha da püxtələşdim"
Ağ Ev Trampla Ronaldonun görüşündən görüntü yaydı - Video
“Kamp Nou”da ilk oyunda azarkeşləri sürpriz gözləyir
“Bayer"nin futbolçusu “Barselona” və “Bavariya”nın hədəfində
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
“Tottenhem”in hücumçusu "Roma"ya keçə bilər
Azərbaycan millisi FİFA reytinqində gerilədi
“Milan” Levandovskiyə maraq göstərir
“Real”ın müdafiəçisi millinin oyununda zədələndi
“Yuventus” Kenan Yıldızla razılığa gəldi
De La Fuente Türkiyə ilə heç-heçədən danışdı
Fransa Superkubokunun oyunu başqa ölkədə keçiriləcək
Elçin Məsiyev zədələndi, oyunun hakimi dəyişdi
"İnter" derbiyə itki ilə çıxacaq
Bellinqem, Palmer, Virtz, Vitinya...
Zədəli Osimhenin durumu açıqlandı
İlin klubu adına namizədlər hansılardır?
Azərbaycan güləşçisi İslamiadada finala yüksəldi
DÇ-2026-da seçmə mərhələnin bombardiri
Arteta, Flik, Mareska, Alonso...
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
İlin futbolçusu adına namizədlər - Siyahı
Çempionlar Liqası yenidən "Kamp Nou"da!
Misli Premyer Liqasında 12-ci turun hakimləri açıqlandı
U-21 millimiz Cəbəllütariqə belə qalib gəldi - Video
Avropa zonasının pley-off səbətləri - DÇ-2026
Montella İspaniya ilə heç-heçə haqda
İspaniya millisi dünya rekordunu təkrarladı
Cəmi 156 min əhalisi var - DÇ-2026-da oynayacaqlar
Türkiyənin İspaniya ilə heç-heçəsi - Video
Kriştiano Ronaldo Ağ Evdə ziyafətdə - Şəkillər
Şahruddindən tənqidlərə - Cavab
DÇ-2026-nın 39 iştirakçısı məlumdur
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir