“Neftçi”nin sabiq futbolçusu Samir Ələkbərov komandanın UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibini dəyərləndirib.
1990-cı il yanvarında paytaxt klubunun heyətində İstanbulda yoldaşlıq görüşü zamanı (2:2) “Qalatasaray”a qarşı çıxış edən və fərqlənməyi də bacaran S.Ələkbəriv Qol.az-a açıqlamasında İstanbul təmsilçisinin “Neftçi” üçün uyğun rəqib olmadığını deyib:
“Siz bu püşkə necə yanaşırsınıza, mən də elə dəyərləndirirəm. Potensial rəqiblər arasında ən münasib komandanın “Qalatasaray” olduğunu deyən insanları başa düşə bilmirəm. Yəqin ki, onların futboldan anlayışı yoxdur. Çünki “Qalatasaray” elə həmin “Qalatasaray”dır. Düzü, “Neftçi”nin növbəti mərhələyə adlayacağı inandırıcı görünmür”.
S.Ələkbərobv “Neftçi”nin “Qalatasaray”la 2:2 hesablı heç-heçə etdiyi matçı isə belə xatırlayıb:
“Əslində 1990-cı ildə “Qalatasaray”la oyun xüsusi bir matç deyildi. Yoldaşlıq görüşü idi. Amma biz oyundan sonra da Türkiyədə idik. 20 Yanvar faciəsi isə matçdan sonra baş vermişdi. Bu haqda orada ancaq mətbuat vasitəsi ilə məlumat ala bilirdik. Hamı çətin vəziyyətdə qalmışdı. Lakin o vaxt türk qardaşlarımız bizə çox kömək oldular. Dəstək nümayiş etdirirdilər. Nəticədə çox çətinliklə də olsa, Azərbaycana qayıda bilmişdik”.
S.Ələkbərov avrokuboklardakı digər təmsilçimiz “Qarabağ”ın Çempionlar Liqasındakı şansları barədə də danışıb:
“Qarabağ” yeni transferlər edir. Heyətini gücləndirir. Bu komanda Skandinaviya klublarına qarşı pis çıxış etmir. 2009-cu ildə “Rosenburq”a da qalib gəlmişdilər. Bu mövsümdə də tək ümidimiz “Qarabağ”adır”.
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir
“Mançester Siti” almaniyalı gənc futbolçuya göz dikdi
Yüksək Liqada böyük hesablı qələbələr
“Monako” Poqbanın dönüşünü səbirsizliklə gözləyir
Arda Güler İngiltərə klubunun hədəfində
Azərbaycan yığması geridönüş etdi
Neymarın atası Pelenin brend hüquqlarını satın aldı
Toral və Elvinin durumu necədir?
"Qarabağ"da itki - 2-3 ay oynamayacaq