"Atletiko" birini aldı, birini göndərdi - Rəsmi

"Atletiko" birini aldı, birini göndərdi -  Rəsmi
DÜNYA FUTBOLU 20 Avqust 2020 / 20:58 4357
-  A +

"Atletiko" yeni qapıçı alıb.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi Zaqreb "Lokomotiv"indən İvo Qrbiçi transfer edib. Xorvatiyalı qolkiperlə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.

"Hayduk"un yetirməsi olan 24 yaşlı qapıçı ötən mövsüm "Lokomotiv"in heyətində 35 oyunda meydana çıxıb və 35 qol buraxıb.

"Atletiko" eyni zamanda, qapıçısı Antonio Adanla yolları ayırdığını da açıqlayıb. 2018-ci ildən paytaxt klubunda çıxış edən 33 yaşlı qapıçı bu müddətdə cəmi 8 oyunda iştirak edib.

Antonio Adan

Son xəbərlər