"Barselona"nın keçmiş idman direktoru Erik Abidal Kataloniya klubundan ayrılmasını izah edib.
Qol.az xəbər verir ki, bu barədə İnstaqram səhifəsində yazan fransalı mütəxəssis Kataloniya klubundan qovulmadığını, öz istəyi ilə getdiyini bildirib:
"Hörmətli “Barsa” fanatları, vidalaşmaq üçün bu sətirləri yazmaq istədim. Həyatımın iki mühüm mərhələsini sizinlə bölüşə bildiyim üçün dərin minnətdarlığımı bildirirəm. Biri oyunçu, digəri idarəedici kimi. İkinci dövr iki ili əhatə edir. Bu müddətdə “Barsa”nı daha yaxşı vəziyyətə gətirməyə çalışdım.
Direktorlar şurası bazar ertəsi günü vəzifəmdə qalmağımı təsdiqləsə də, ötən çərşənbə axşamı istefa verdim.
Son iki ildə dəyişikliklər etməyə çalışdım. Fikrimcə, bu, komandanın gələcəyi üçün çox vacib idi. Əminliyimə və əzmimə baxmayaraq, bunu edə bilmədim. Bu səbəbdən düşündüm ki, klubla münasibətlərimə son verməyin vaxtı gəlib. Ona görə də “Barselona” ilə daha bir il müqaviləm olmasına rəğmən, klubdan getdim.
Bu gün “Barselona”da vəziyyət çətindir, amma şübhə etmirəm ki, bu böyük kluba layiq olan uğurları qaytarmaq mümkündür. Bunu ürəkdən arzulayıram.
Hamınız çox sağ olun. Yaşasın “Barsa”, yaşasın Kataloniya”.
Xatırladaq ki, 2007-2013-cü illərdə futbolçu kimi "Barselona"nın şərəfini qoruyan fransalı mütəxəssis 2018-c ildə klubun idman direktoru təyin edilmişdi. O, komandanın Çempionlar Liqasının 1/4 finalında "Bavariya"ya 2:8 hesabı ilə uduzmasından sonra istefa verib.
"Qarabağ"dan acınacaqlı məğlubiyyət
Zirkzeedən "Roma"nın təklifinə cavab gəldi
David Alaba Madrid klubu ilə vidalaşır
Pol Poqbadan hər kəsi təəccübləndirən addım
Bundesliqada ilk qadın rəhbər
Xabi Alonsonun yanvara qədər vaxtı var
“Roma” yeni hücumçu hədəfi üçün hərəkətə keçdi
“Qarabağ”ın “Ayaks”la oyun üçün heyəti
“Real” Konate ilə bağlı geri addım atmağa hazırlaşır
“Əl-İttihad” Benzemanı gözlətməyə davam edir
UEFA-dan Almaniya klubuna sərt cəza gəlir
Mbappe zədəli halda ÇL-nin matçına çıxacaq
UEFA Region Kubokunun püşkü atıldı
“Şanxay”dan ardıcıl 3-cü məğlubiyyət
Joze Mourinyo "Real"a geri dönür?
"Mingəçevir, MOİK və "Baku Sportinq"dən qələbə
Azərbaycan millisinin rəqibləri müəyyənləşdi
"Qarabağ"ın U-19 komandasından ağır məğlubiyyət
“Milan” Alisson Bekkerlə danışıqlara başladı
Azərbaycan millisi Almaniya ilə bir qrupda
Patrik Andrade: "Pis vəziyyətə düşmüşdük"
Qvardiola "Real"la bugünkü oyun haqda
19 yaşlı futbolçu ölü tapıldı
AFFA 2 komandaya texniki məğlubiyyət verdi
Prosineçki bu milli komandanı çalışdıracaq - Rəsmi
AFFA-dan klublara cəza və cərimələr
"Ayaks"ın böyük azarkeş ordusu Bakıda
“Real” və “Barselona”nın rəqibləri məlum oldu
ÇL-in bugünkü oyunlarını yayımlayacaq kanallar
1-ci liqada buhəftəki oyunların hakimləri açıqlandı
Azərbaycanın daha 2 boksçusu 1/4 finalda - Dünya çempionatı
“Kəpəz”də yubiley
Bu gənc ÇL-in tarixinə necə düşdü?
"San Siro"da qonaqların qələbəsi - Video
"Qalatasaray" və "Çelsi" uduzdu, "Liverpul" qalib gəldi
Salah "İlin İdman Ulduzu" mükafatına namizəd oldu
“Sumqayıt” - “İmişli” matçında düşən davaya səbəb nə idi?
“Ayaks” “Arsenal”ın sabiq futbolçusu ilə razılığa gəldi