“Milan” İbrahimoviçlə razılığa gələ bilmir

“Milan” İbrahimoviçlə razılığa gələ bilmir
DÜNYA FUTBOLU 19 Avqust 2020 / 21:06 3002
-  A +

“Milan” futbolçusu Zlatan İbrahimoviçlə yeni müqavilə ilə bağlı razılığa gələ bilmir.

Qol.az “Tuttosport”a istinadən xəbər verir ki, isveçli hücumçu İtaliya klubunun təklif etdiyi məbləğdən 1 milyon 500 min avro daha çox maaş istəyir. Bildirilir ki, A seriyası təmsilçisi 38 yaşlı oyunçuya 5 milyon avro və bonuslar verməyə hazırdır. Ancaq o, klubdan 7 milyon 500 min avro maaş tələb edir. Bu da tərəflərin yeni müqavilə imzalamasında problem yaradır.

Xatırladaq ki, Z.İbrahimoviç bu ilin yanvarında “Los Anceles Qelaksi”dən “Milan”a keçib. O, 2019/2020 mövsümünün ikinci yarısında komandanın heyətində çıxdığı 20 oyunda 11 qol vurub və 5 qolun ötürməsini verib.


Son xəbərlər
05.06.25  21:59

"Yuventus"dan ayrıldı

05.06.25  20:50

"Şamaxı"da ayrılıq