“Qol gözəl alındı, çünki müdafiəçinin yaratdığı boşluqdan yararlandım. Ozobiçin mənə verdiyi ötürmə də çox yaxşı idi”.
Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Xayme Romero AS nəşrinə açıqlamasında deyib.
İspaniyalı futbolçu Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Sileks”ə qalib gəldikləri oyunu (4:0) dəyərləndirərkən “Qarabağ” və Bakı haqda da danışıb: “Böyük klubda oynadığım üçün çox xoşbəxtəm. Bazalar, şəhər... Hər şey əladır. Ötən il ölkə çempionu olduq, Avropa Liqasının qrupunda oynadıq. Burada özümü rahat hiss edirəm. Vacib hədəflər uğrunda mübarizə futbolçunu motivasiya edir”.
X.Romero “Qarabağ”ın qarşıdakı hədəflərindən də danışıb: “Çətin olacaq. Çünki təsnifat mərhələlərində güclü komandalar olur. Ancaq məqsədimiz avrokuboklarda yolumuza davam etməkdir. Çempionlar Liqasında qrupa düşə bilməsək, Avropa Liqasının qrupunda oynamağa çalışacağıq”.
İspan futbolçu həmyerliləri Dani Kintana və Miçelin “Qarabağ”dan ayrılmasına təəssüfləndiyini də bildirib: “Onlarla çox yaxşı anlaşırdım. Məni tək buraxdılar. Xoşbəxtlikdən qardaşım Dani burada, əvəzedici komandadadır”.
“Barselona” Yamalsız qaldı
“Zirə” və “Neftçi”dən dramatik bərabərlik – 2:2 - VİDEO
Rəşad Sadıqov “Neftçi” ilə oyundan danışdı
“Hakim görünməyən VAR-dan penalti çıxardı” - Samir Abasov
Zirədə dramatik sonluq, “Araz Naxçıvan”dan qələbə
“Araz-Naxçıvan” “İmişli”yə belə qalib gəldi - Video
Elmar Baxşıyev: “Zamanla daha güclü olacağıq”
“İmişli”nin baş məşqçisindən məğlubiyyətə şərh
“Zirə” - “Neftçi” - Heyətlər
Tuhel: “O futbolçularla şəxsi problemim yoxdur”
"Tottenhem" Bentankurla müqaviləni uzatdı
"Bayer" Argentina millisinin üzvü ilə müqavilə imzaladı
"Araz-Naxçıvan" - "İmişli": Heyətlər
Türkiyə millisinin heyəti açıqlandı
"Qarabağ"dan daim yarım saniyə geridə idik" - Elyunussi
Zidanın oğlu ilk dəfə milliyə çağırıldı
Azərbaycan III MDB Oyunlarında növbəti qızıl medalı qazandı
Loran Blanı Konseysau əvəzləyir
"Qəbələ"nin futbolçusu dünya çempionatında qol vurdu
Mən bu səbri bircə Lobanovskidə görmüşdüm...
Çempionlar Liqasındakı qələbəyə görə yüksək mükafat
DÇ-2026-nın topu təqdim edildi - Şəkil