“Bir oyundan ibarət oyuna çıxacağıq və nəticə də bu görüşdə bəlli olacaq. Diqqətli və məsuliyyətli olmalıyıq. Problemlərə yol verməməliyik. Oyun təcrübəmiz yoxdur. Düşünürəm ki, futbolçular pis hazırlaşmayıblar. Amma meydanda yaxşı mübarizə olmalıdır".
Qol.az-ın "Report" agentliyinə istinadən yaydığı məlumata görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Şimali Makedoniyanın "Sileks" klubu ilə qarşılaşacaqları UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunundan öncə bu gün keçirilən mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis bildirib ki, rəqibin çempionatda son iki oyununu izləyiblər. Qurbanovun sözlərinə görə, rəqib topla oynamağı xoşlayan kollektivdir: "Burada necə oyun göstərəcəklərini bilmirik. Topla oynamağı sevmələri bizə çətinlik yarada bilər. Ot örtüyündə problemlər var. Bizdə belə problemlər olur. İşçilər çalışırlar oyuna qədər tam hazır etsinlər".
Təcrübəli baş məşqçi yeni transferlərin uyğunlaşma prosesinin normal olduğunu vurğulayıb: "Qəbələdə özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. Rəsmi oyuna çıxmayıblar. Çalışırlar komandaya uyğunlaşsınlar. Bu turnirdə zəif komanda olmur. Futbolçularımız da artıq təcrübəlidirlər. Əvvəlki illərdə ola bilsin ki, hansısa rəqibin zəif olduğunu düşünüblər və meydanda bunun əksini görüblər. İnanmıram ki, oyunçularda arxayınlıq olsun. Bir oyundan həmişə ehtiyatlanmışam. Futbolçular buna çox əhəmiyyət vermir. Bizim üstünlüyümüz həmişə azarkeş amili olub. Çünki Bakıda 20-25 min azarkeşlə oynamışıq. Sabah azarkeşsiz oynamağımız “Sileks”in üstünlüyüdür".
Qurbanov yeni transfer Uroş Matiçin start heyətdə meydana çıxa biləcəyini istisna etməyib: "Bir az gec qoşulub, əsas problemi budur. Amma təcrübəsi ilə bunu aradan qaldıracaq. Rəqibin sağ və sol cinah hücumçuları sürətlidir. Sağ cinah müdafiəçiləri də tez-tez hücuma çıxır. İndividual cəhətdən yaxşı oyunçuları var. Düşünürəm ki, futbolçularla əlavə söhbətə ehtiyac yoxdur. Neçə illərdir bu turnirdə iştirak edirik, bu turniri tanıyırıq. Çalışırıq futbolçuları həmişə psixoloji sıxıntıdan uzaq tutaq".
Qeyd edək ki, avqustun 18-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sileks" oyunu saat 20:00-da başlayacaq. Bu cütün qalibi II raundda "Şerif" (Moldova) - "Fola Eş" duelinin güclüsü ilə qarşılaşacaq.
“Betis” İsko ilə müqaviləni yeniləyir
"Milan”ın futbolçusu derbi matçına qədər zədəsini sağaltdı
"Cəbrayıl"ın 7 qolluq qələbəsi - Video
Ronaldonun tarixi rekordunu yenilədi
“Bavariya”nın qapıçısı karyerasını başa vurur
Tomas Müller gələcəyi ilə bağlı qərarını verdi
Baş məşqçi Ülvi Babayevin oyun performansından danışdı
“Zaqatala”, “Mingəçevir” və “Cəbrayıl”dan qələbə
"Kəpəz" ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək
Jordi Alba “Barselona”dan ayrılma səbəbindən danışdı
“Pley-off”un püşkü atıldı - DÇ-2026
Asim Xudiyev Konfrans Liqasının matçında
DÇ-2026: Qitələrarası pley-offun püşkü atıldı
"Bavariya" qərarını verdi
Millimiz Bolqarıstana uduzdu
İki güləşçimiz İslamiadanın finalında
Elxan Abdullayevdən 1:6 hesablı məğlubiyyətə şərh
"Şahdağ Qusar" iki transfer etdi
"Prezident seçilsəm, ilk işim Messiyə zəng etmək olacaq"
Konte qayıtdı, fırtına səngidi
Kurtuaya görə 3 ən yaxşı qapıçı
UEFA-nın rəsmi saytı "Napoli" - "Qarabağ" oyunundan yazdı
"Mançester Siti"dən ayrılır
Messi "Barselona"dan getdiyinə peşmandır?
Neymar 3 ay yarımdan sonra qol vurdu
İlin futbolçusu seçildi
Millimizdən 2 məğlubiyyət
Azərbaycan güləşçisi İslamiadanın qalibi oldu
“Beşiktaş”dan Ştegenə 8 milyon avroluq təklif
"Məşqçi kimi daha da püxtələşdim"
Ağ Ev Trampla Ronaldonun görüşündən görüntü yaydı - Video
“Kamp Nou”da ilk oyunda azarkeşləri sürpriz gözləyir
“Bayer"nin futbolçusu “Barselona” və “Bavariya”nın hədəfində
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
“Tottenhem”in hücumçusu "Roma"ya keçə bilər
Azərbaycan millisi FİFA reytinqində gerilədi
“Milan” Levandovskiyə maraq göstərir
“Real”ın müdafiəçisi millinin oyununda zədələndi
“Yuventus” Kenan Yıldızla razılığa gəldi
De La Fuente Türkiyə ilə heç-heçədən danışdı