“Keşlə”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Laçi” yoxlama oyunu keçirib.
Qol.az xəbər verir ki, Albaniya klubu ölkənin digər təmsilçisi “Apoloniya” ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, “Keşlə” – “Laçi” görüşü avqustun 27-də “ASK Arena”da keçiriləcək.