"Liverpul"un futbolçusu "Zenit"də - Rəsmi

"Liverpul"un futbolçusu "Zenit"də -  Rəsmi
DÜNYA FUTBOLU 27 İyul 2020 / 16:26 3453
-  A +

“Liverpul”un futbolçusu Deyan Lovrenin “Zenit”ə keçidi rəsmiləşib.

Qol.az xəbər verir ki, bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. Xorvatiyalı müdafiəç ilə 3 illik müqavilə imzalanıb.

Bir neçə gün əvvəl “The Times” nəşri Sankt-Peterburq klubunun bu keçid üçün “Liverpul”a 12 milyon avro ödəyəcəyini yazmışdı.

Qeyd edək ki, Deyan Lovren 2014-cü ildən "Liverpul"un formasını geyinir. O, bu mövsüm Premyer Liqada 10 matça çıxıb və 1 qol ötürməsi ilə yadda qalıb.

Son xəbərlər