"Qarabağ"dan 4-cü rəsmi transfer

"Qarabağ"dan 4-cü rəsmi transfer
XƏBƏR 26 İyul 2020 / 11:37 7675
-  A +

"Qarabağ" növbəti transferi gerçəkləşdirib.

Qol.az-ın xəbərinə görə, Ağdam təmsilçisi Danimarkanın "Kopenhagen" klubundan yarımmüdafiəçi Uroş Matiçi heyətinə cəlb edib.

Klub rəsmi sosial şəbəkə hesablarından 30 yaşlı orta xətt oyunçusunun "Qarabağ" forması ilə şəklini paylaşıb. Matiç 8 nömrə altında çıxış edəcək.

Daha öncə yayılan xəbərə görə, 30 yaşlı oyunçu ilə 2+1 illik müqavilə imzalanması nəzərdə tutulurdu.

Xatırladaq ki, klub bu yay daha əvvəl Donald Gerye, Emil Balayev və Kevin Medinanı transfer edib.

Son xəbərlər
18.04.25  22:46

"Yamal Messi deyil"

18.04.25  11:52

Messi gələcəyi haqda