Azərbaycanlı futbolçu "Dinamo"ya qarşı oynadı

Azərbaycanlı futbolçu "Dinamo"ya qarşı oynadı
XƏBƏR 25 İyul 2020 / 20:32 2797
-  A +

Gürcüstan çempionatında 7-ci turun oyunları keçirilib.
 
Qol.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun çıxış etdiyi “Samtrediya” bu turda doğma meydanda Tiflis “Dinamo”su ilə qarşılaşıb və 0:4 hesabı ilə uduzub.
 
Nicat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Bu mövsüm 3 qol vuran 28 yaşlı yarımmüdafiəçi bu dəfə fərqlənə bilməyib və 32-ci dəqiqədə sarı vərəqə alıb.
 
Qeyd edək ki, 7 turdan sonra hesabında 8 xal olan “Samtrediya” 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.

Son xəbərlər
19.04.25  10:56

30-cu sülh