"Neftçi” növbəti transferini rəsmiləşdirib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu Tallison Diaz ilə 2 il müddətinə müqavilə bağlanıb. 28 yaşlı sol cinah müdafiəçisi komandanın heyətində 91 nömrəli formanı geyinəcək.
Sonuncu klubu "Quarani” (2019-2020) olan Tallison Diaz Braziliyanın ASA (2012-2014), "Flamenqo” (2015-2016), "Fortaleza” (2015), "Ferroviaria” (2016), "Seara” (2016-2017), "Red Bull Brasil” (2017), "Vitoria” (2017-2018) və "Novorizontino” (2018), həmçinin Belçikanın "Sent-Trüden” (2018-2019) klublarında oynayıb.
Qeyd edək ki, "Neftçi” bundan əvvəl cinah müdafiəçisi Cabir Əmirli ilə yanaşı, nigeriyalı cinah yarımmüdafiəçisi Yusuf Lavalı, Mərakeş əsilli belçikalı dayaq yarımmüdafiəçisi Sabir Buqrini, braziliyalı mərkəz müdafiəçisi Rener Alves De Souzanı transfer etmişdi. Bundan əlavə, "Səbail”lə icarə müqaviləsi başa çatmış Fəhmin Muradbəyli komandamıza qayıdıb.
Salah: "Qələbəyə acam"
"Yeni oyunçular bizə bir neçə titul qazandıracaq"
"Çelsi" onu icarə verməyə yaxındır
"Napoli" Lukakunun yerinə onu nəzərdən keçirir
"Vilyareal" "Çelsi"yə 30 milyona yaxın məbləğ ödəyəcək
"Milan" "Bayer"in oyunçusunu almağa yaxındır
"Qarabağ" onlara ot yoldurdu, həm də öz stadionlarının otunu
"Qalatasaray" "Mançester Siti" ilə anlaşdı
"Real"dan La Liqa tarixinin rekordu
Prezident və xanımı Gəncə stadionunda - Yenilənib+Şəkilıər
"Yuventus"a qayıdır
Azərbaycan 2-ci ıiqasında yeni mövsümün püşkü atıldı
"Real"ın sabiq üzvü "Napoli"yə keçdi
UEFA-dakı parlaq "Qarabağ" statistikası
"Roma"dan yeni transfer
"Fənərbaxça" hücum xəttini gücləndirdi
1-ci liqada yeni mövsümün püşkü atıldı