Azərbaycan üçün həssas dönəmdə indi burada oynayan və bir vaxtlar oynamış bəzi əcnəbi futbolçular (çox olmasalar belə) İnstaqramda paylaşımlar edərək xalqımıza, ordumuza dəstəklərini nümayiş etdiriblər.
Azərbaycan – Ermənistan sərhədinin Tovuz istiqamətində son vaxtlar yaşanan gərginliyin ilk günlərindən "Qarabağ"ın sabiq oyunçuları -makedoniyalı Muarem Muarem, braziliyalı Vaqner da Silva, albaniyalı Ansi Aqolli, "Neftçi"nin seneqallı müdafiəçisi Mamadu Mbodj bayrağımızı paylaşıb yanımızda olduqlarını göstərdilər.
“Çelsi”, “Real” kimi komandaların üzvü olmuş Çempionlar Liqasının qalibi Maykl Essyeni isə xüsusi fərqləndirmək olar. Karyerasının sonunu “Səbail”də keçirən qanalı oyunçu üç gün əvvəl 1 milyon 400 min izləyicisi olduğu rəsmi İnstaqram səhifəsində Azərbaycanın bayrağını və ölkəmizin güclü olduğunu ifadə edən emojilər paylaşıb.
Dünən isə ölkəmizi tərk edən Essyen daha təsirli addım atıb. Onun vida mesajındakı sonuncu cümləsi Azərbaycan dilində “Şəhidlər ölməz, vətən bölünməz” sözləri olub.
Əlbəttə, bu gün onlar belə dəstəyi nümayiş etdirməyə də bilərdilər. Necə ki, hazırda bizim klublarda çıxış edən və etmiş legionerlər bu addım atmırlar, buna görə, təbii olaraq, mühakimə də edilmirlər. Çünki əcnəbidir və bura təbii ki, pul qazanmağa görə gəliblər. Amma artıq Azərbaycana artıq maddi heç bir bağlılıqları olmadığı halda bir sıra legionerlərdən bu mənəvi dəstəyi, mərdyanə münasibəti görmək istənilən halda təqdir olunası məqamdır...
Bu, bir daha təsdiqləyir ki, belə münasibətin yaranmasında onların burada düşdüyü mühitin təsiri, haqlı mövqeyiizlə bağlı təbliğatın rolu az olmayıb.
Avroliqada 18 oyun
"Qarabağ"dan acınacaqlı məğlubiyyət
Zirkzeedən "Roma"nın təklifinə cavab gəldi
David Alaba Madrid klubu ilə vidalaşır
Pol Poqbadan hər kəsi təəccübləndirən addım
Bundesliqada ilk qadın rəhbər
Xabi Alonsonun yanvara qədər vaxtı var
“Roma” yeni hücumçu hədəfi üçün hərəkətə keçdi
“Qarabağ”ın “Ayaks”la oyun üçün heyəti
“Real” Konate ilə bağlı geri addım atmağa hazırlaşır
“Əl-İttihad” Benzemanı gözlətməyə davam edir
UEFA-dan Almaniya klubuna sərt cəza gəlir
Mbappe zədəli halda ÇL-nin matçına çıxacaq
UEFA Region Kubokunun püşkü atıldı
“Şanxay”dan ardıcıl 3-cü məğlubiyyət
Joze Mourinyo "Real"a geri dönür?
"Mingəçevir, MOİK və "Baku Sportinq"dən qələbə
Azərbaycan millisinin rəqibləri müəyyənləşdi
"Qarabağ"ın U-19 komandasından ağır məğlubiyyət