Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyinatı gözlənilən italiyalı Canni de Byazinin müsahibəsi
- Sizi artıq Azərbaycan millisinə baş məşqçi təyinatınızla bağlı təbrik etmək olar?
- Əlbəttə, məni təbrik edə bilərsiniz. Ümid edirəm ki, işim uğurlu alınacaq.
- Bir müddət öncə İtaliyada olmadığınızı demişdiniz. Hər kəs Bakıya gəldiyinizi düşünürdü. Maraqlıdır, hazırda haradasınız?
- İndi İtaliyadayam.
- Bakıya nə vaxt gələcəksiniz?
- Ola bilər ki, avqustun ilk günlərində ölkənizdə olum.
- İtaliya mətbuatında Benni Karbone və Klaudio Beluççinin köməkçiniz olacağı yazılıb...
- Bəli, doğru məlumatdır.
- Bəs Ansi Aqolli?
- İndiki halda bu, mümkün deyil. Çünki klubu ilə müqaviləsi var.
- Gələcəkdə bu istəyiniz reallaşa bilər?
- Bəli, Aqollini məşqçilər korpusunda görmək istərdim.
- Mətbuatda Azərbaycan millisindəki 1,5 il müddətində məvacibinizin 900 000 avro olacağı ilə bağlı xəbərlər yayılıb. Hətta əlavə mükafat alacağınız da vurğulanıb. Bu, nə dərəcədə doğrudur?
- Bu, həqiqət deyil. Bilirsiniz mənim üçün ən vacib olan nədir? Azərbaycana pul üçün gəlmirəm. Ölkə futbolu üçün vacib işlər görmək istəyirəm.
- UEFA Millətlər Liqasında şansları necə qiymətləndirirsiniz?
- Qrupdan çıxmaq bir çox amillərə əsaslanır. Qrupda ilk pilləni tutmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik (Report).
"Benfika"da ayrılıq
Mitroviç klubunu dəyişdi
Toni Kroos: “İsaka görə ödənilən məbləğ şişirdilib”
Santuş: “Tarix yazmaq istəyirik”
Türkiyə millisi 10 nəfərlə Gürcüstana qalib gəldi
“40 yaşında Modriçin səviyyəsində olmaq inanılmazdır”
"Atletiko" İngiltərə klublarının təkliflərini rədd etdi
Türkiyə millisindən tarixi uğur
"Mançester Siti"nin yetirməsi bu kluba keçdi
"İmişli" doğma bölgəsinə səfər etdi - Şəkillər
“Azərbaycanla oyun ölüm-dirim məsələsinə yaxındır" - İslandiya millisinin baş məşqçisi
Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başladı
"Napoli"dən 1 mövsümlük ayrıldı
Kyeza “Qarabağ”la oyunda iştirak etməyəcək
Hacinin oğlu Superliqa klubunda
İtaliya millisində itki
"Sabah"ın futbolçusu Özbəkistan millisində qol vurdu
Bəhmən Həsənov 2-ci liqa klubunda
"Everton"un futbolçusu millimizə qarşı oynamayacaq
"Bayer"də daha bir baş məşqçi namizədi
Donnarumma bu klubu dünyanın ən yaxşısı adlandırdı
“İnter” iki futbolçusu ilə müqaviləni uzatdı
"Kəpəz"də toplantı oldu, qərarlar verildi