"Gəldiyim zaman komanda liqanın sonuncu pilləsində idi və hər kəs "Kayserispor" elitanı tərk edəcəyini düşünürdü. Oyunçularımız bu oyunda hər şeylərini verdilər. "Beşiktaş"a qarşı inanılmaz bir qələbə qazandılar. Deyə bilərəm ki, hətta insandan da üstün mübarizə apardıq".
Qol.az xəbər verir ki, bu sözləri "Kayserispor"un baş məşqçisi Robert Prosineçki Türkiyə Superliqasının 33-cü turunda doğma meydanda "Beşiktaş"a 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, növbəti matça kökləndiklərini bildirib: "Növbəti mövsüm Superliqada davam etmək üçün əla fürsətimiz var. Üç gün sonra "Rizəspor"la görüşümüz var. Artıq bu oyuna köklənməliyik. Amma belə bir komandanı məğlub etməkdən də zövq almalıyıq. Ümid edirəm ki, qalan 4 matçın nəticəsinə əsasən liqada qalacağıq".
Qeyd edək ki, "Kayserispor" hazırda ölkə çempionatında 31 xalla 18 komanda arasında 14-cü pillədə qərarlaşıb.
Xatıradaq ki, R.Prosineçki 2014-17-ci illərdə milli komandamızın baş məşqçisi işləyib.
Ronaldonun növbəti uğuru
"Çoxdandır ki, millidə bu ruh görünmürdü" - Ayxan Abbasov
U-21 yığmamızın Bolqarıstanla oyunundan - Video
Azərbaycan millisi DÇ-2026-da ilk xalını qazandı
Azərbaycan millisində tarixi rekord!
Rüdiger və Alabanı kim əvəz edəcək?
U-21 yığmamız Bolqarıstanla bərabərə qaldı
Ançelotti Rafinyaya istirahət verə bilər
“Fənərbaxça” yeni baş məşqçisini rəsmən açıqladı - Yenilənib
Azərbaycan - Ukrayna: Heyətlər
"Liverpul" yeni formalarını təqdim etdi - Şəkillər
Postekoqlunun yeni klubu açıqlandı - Rəsmi
Bolqarıstan millisinin baş məşqçisi istefa verdi
Millimizin sabiq futbolçusu 1-ci liqa klubunda
İtaliya millisindən tarixi göstərici
U-19 millimiz 6 qolla uduzdu
Kubokda püşkatmanın vaxtı açıqlandı
"Şamaxı"dan ayrılan futbolçu "Səbail"də
Şevçenko Bakıdakı futbol meydanşasının açılışında - Şəkillər
"Fənərbaxça"dan "Spartak"a - Rəsmi
1 il 3 aydır qələbə üzünə həsrətik...
"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi
PSJ-nin 2 oyunçusu millidə zədə aldı - Narazılıq yarandı