Bu gün futbol üzrə Azərbaycan milli komandası 2026-cı il dünya çempionatıın seçmə mərhələsində 2-ci oyununa çıxacaq.
QOL.az xəbər verir ki, rəqib Ukrayna millisidir. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da start götürəcək.
FİFA-ın son açıqlanan reytinqində Sergey Rebrovun komandası 26-cı, Azərbaycan millisi isə 122-ci yeri tutur. Yəni bugünkü rəqibimizdən 96 pillə geridəyik. Amma məsələnin acınacaqlı tərəfi təkcə reytinq deyil. Azərbaycan millisi Avropada çox azsaylı komandalardandır ki, nə az, nə çox, düz 11 oyundur qələbə qazana bilmir. Rəzalət bir göstəricidir. Bu 11 oyunun 9-da uduzmuşuq, yalnız 2-də heç-heçə etmişik. Bütün bu uğursuz nəticələrin hamısı isə dünən istefaya göndərilən Fernandu Santuşun rəhbərliyi altında qeydə alınıb: Millətlər Liqası, yoxlama oyunları və DÇ-2026-nın ilk matçında. 11 oyunda 29 qol buraxmışıq, cəmi 4 qol vurmuşuq. Yəni son 11 oyunda qalib gəlmək nədir, hətta qol vurmağı belə "tərgitmişik".

Ayxan Abbasov
Azərbaycan milli komandasının sonuncu qələbəsi isə 2024-cü ilin iyunun 11-nı təsadüf edir. Düz 1 il 3 ay əvvələ. Həmin gün Macarıstanda keçirilmiş yoxlama görüşündə millimiz 3:2 hesabı ilə qələbə qazanıb. Bu oyunda Azərbaycan millisinə müvəqqəti olaraq yerli mütəxəssis Arif Əsədov rəhbərlik edib.
Qeyd edək ki, bu gün Ukrayna ilə matça da millimizi yerli məşqçi - U-21-in çalışdışdırıcısı Ayxan Abbasov çıxaracaq. "Şamaxı" klubunu da çalışdıran 44 yaşlı mütəxəssis Fernandu Santuşun istefaya göndərilməsindən sonra bu vəzifəyə qəfil gətirilib. Müvəqqəti, yoxsa daimi? Bunu sualın cavabı isə bəlkə həm də Ukrayna ilə bugünkü oyunun nəticəsində gizlənib.
ELNUR, QOL.az
Renat Dadaşovun komandası böyük hesabla məğlub oldu
Derbidə vurulan 6 qol - Video
Cəlal Hüseynovun "Petrolul"u xal itirdi
Haaland Premyer Liqada daha bir rekordu yenilədi
"Qarabağ" - "Neftçi" matçında heç-heçə, "Sabah"dan qələbə
“Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə təqdim olundu
İsayevin dublu, "Sabah"ın 4 qollu qələbəsi - Video
Nərimanın komandasından növbəti qələbə
“Qalatasaray” son dəqiqə qolu ilə qələbə qazandı
Çelsi” mövsümdə ilk dəfə qapısını toxunulmaz saxladı
“Görüləsi işlərimiz çoxdur” - Yeton Bekiri
“Derbini neytral azarkeş kimi izləyəcəyəm” - Dambrauskas
Qapıçı zədələndi, xərəkdə aparıldı
"Qarabağ" - "Neftçi" matçının heyətləri açıqlandı
Sıx qrafikə görə klubun mətbuat konfransı ləğv edildi
Mourinyo Arda Gülerdən danışdı
Azərbaycan kubokunda 12 oyunun vaxtı açıqlandı
"Zirə" Gəncə Şəhidlər xiyabanını ziyarət etdi - Şəkillər
Azərbaycan klubunda baş məşqçi ayrılığı
"Qəbələ" - "Sabah": Heyətlər
Ronaldo yeni brend yaradır
Mourinyo: "Vinisiusun yerində olsaydım"
DÇ-2027-nin brendi Bakıda nümayiş olunub - Şəkillər
Cerrardın yeni klubu məlum oldu
Mbappe 500-ə çatdı
“Napoli”nin 6 oyununu buraxacaq
Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak oldu
Konte “Mançester Yunayted”i çalışdırmağa hazırdır
“Real”ın futbolçusu məhkəmə qarşısına çıxacaq
Neymar: “Yamal dünyanın ən yaxşı futbolçusudur”
Şeydayev oynadı, komandası qalib gəldi
“Karvan-Yevlax” 3 xalı 2 qolla qazandı - Video
Mahirin komandasından mövsümdə ikinci qələbə
Futzal millimiz Çexiyaya uduzdu
"Sumqayıt"ın geridönüşü - Video
"Özümüzü çıxılmaz vəziyyətə saldıq" - Yuri Maksimov
Arda Güler daha 5 il "Real"da
“Sumqayıt” və “Şamaxı”dan əzmkar qələbə
“Real” La Liqanı məhv etməyə çalışır”
MOİK və "Karvan Yevlax"dan qələbə
“Yuventus”un Bernardo Silva planı
Şamaxıdakı 5 qol - Video
Azər Bağırov qələbəni ona həsr etdi