Ermənistan I Liqasında danışılmış oyunlarla əlaqədar diskvalifikasiyaya məruz qalmış 58 nəfərdən 45-i futbol fəaliyyətindən ömürlük məhrum edilib.
Cəzalı futbolçu, məşqçi və funksionerlərin 25-i Ukrayna vətəndaşıdır. Onların 20-si heç vaxt futbolla məşğul ola bilməzlər.
Siyahıdakılardan Yerevan "Lokomotiv"inin keçmiş baş məşqçisi Anatoli Piskovets ömürlük cəza ilə üzləşib. O, 2005-ci ildə Bakının "İnter" (hazırkı "Keşlə") və Zaqatalanın "Simurq" komandalarında məşqçi kimi fəaliyyət göstərib.
Yerevan "Torpedo"sunun futbolçusu kimi 1 illik cəzaya məruz qalan Miroslav Deda isə "Qarabağ"ın U-19 komandasında çıxış etmiş hücumçu Yaroslav Dedanın əkiz qardaşıdır.
Qeyd edək ki, cəzalı ukraynalılar sırasında "Lokomotiv"in faktiki sahibi, keçmiş baş məşqçisi və 10 futbolçusu, "Araqats"ın sahibi, baş məşqçisi və 3 futbolçusu, "Masis"in 5, "Torpedo"nun 3 futbolçusu yer alıb (Report).
Qurban Qurbanovdan möhtəşəm nəticəyə ilk şərh
“Qarabağ” - “Çelsi” matçının ən yaxşı futbolçusu o oldu
“Qarabağ”dan “Çelsi” ilə oyunda qələbə kimi heç-heçə
"Barselona"nın yeni transfer hədəfi
Kadi sıradan çıxdı
"Kimsə qalib gələcəyimizi desəydi, təəccüblənərdim"
“Qarabağ” - “Çelsi” oyununun - Heyətləri
Con Makqinn ilə müqavilə uzadıldı
Tayron Minqs yenidən ağır zədələndi
"Sabah"ın U-19 komandası “Nant”a uduzdu
Dominik Soboslay "Liverpul"un yeni ulduzunu təriflədi
Levandovski gələcək planları barədə danışdı
Britaniya səfiri “Çelsi”ni yox, “Qarabağ”ı dəstəkləyəcək
Mingəçevirdə vurulan 5 qol - Video
Anri Vinisiusu tənqid etdi
De Rossi A seriyası klubunu çalışdıracaq
“Qarabağ”ın U-19 komandası "Çelsi"yə uduzdu
1-ci liqada liderlərin günü
"Milan" və "İnter" "San Siro"nu aldılar - Rəsmi
Spaletti: "Xarakterli olduğumuzu göstərdik"
"Liverpul"a məğlubiyyəti qəbul etmək çətindir"
Arteta: "Məni sevindirən rekord deyil"
Azərbaycan derbisindəki avtoqollar