Koronavirus pandemiyası Azərbaycan Premyer Liqasında oynayan səkkiz klubun hər birinin maliyyə durumuna ciddi təsir göstərib.
Qol.az xəbər verir ki, hətta son illər büdcəsinə görə də hamıdan irəlidə olan “Qarabağ” belə maliyyədə azaltma edəcək. Bugünlərdə klubun başqanı Tahir Gözəl Qol.az saytına müsahibəsində də bunu təsdiqləmişdi.
SOCAR-dan maliyyələşən “Neftçi”də də büdcə azaldılacaq. Konkret nə qədər, bu hələ ki, qətiləşməyib. Ümumilikdə pandemiya səbəbindən AFFA-dan maliyyə dəstəyi alan “Keşlə”, “Sumqayıt” və “Səbail”ə ayrılan pulda da azalmalı olacaq. “Sabah” klubunun büdcəsində ixtisar gözlənilir, amma çox böyük həcmdə deyil.
Qol.az-ın əldə etdiyi xəbərə görə, hazırda “Qəbələ” və “Zirə”də maddi durum pisdir. O dərəcədə ki, hətta “Qəbələ”nin yeni mövsümdə oynayıb-oynamayacağı belə bəlli deyil. Buna kluba sponsorluq edən şirkətin koronavirus pandemiyası səbəbindən ciddi maddi itkiylə üzləşməsidir. Əldə etdiyimiz xəbərə görə, hazırda “Qəbələ” yeni sponsor axtarışındadır.
Xatırlatmaq yerinə düşər ki, bölgə təmsilçisi bu mövsümün əvvəlində də eyni problemlə üzləşmiş, AFFA-ya kömək üçün müraciət isə mənfi cavablandırılmışdı. Klub “Jalə” şirkətinin himayədarlığı ilə 2019/20 mövsümünü bir çətinliklə başa vurdu. Bəs sabah necə olacaq? Bilinmir!
AFFA-dan maliyyəşməyən “Zirə”nin də durumu qeyri-müəyyəndir. Əldə etdiyimiz xəbərdə deyilir ki, bu klubun da sponsorları koronavirus pandemiyası ciddi maddi itkilərə məruz qalıb. Ona görə də klubun büdcəsinin kəskin şəkildə azaldılacağı, hətta dayandırılacağı ehtimalı belə var. Belə bir məlumat da var ki, komandanın avrokuboka düşə bilməməsi də (çempionatın erkən dayandırılmasına görə) klubun sponsorlarını çox məyus edib.
Onsuz da mövsümün əvvəlində maddi vəziyyəti yaxşı olmayan “Səbail”in durumu hər zamanı kimi qaranlıqdır. Klub futbolçuları qarşısında köhnədən qalan borclarını ödəyib qurtara bilmir. “Səbail”in taleyinə yaxın günlərdə aydınlıq gələcəyi bildirilir.
İlin futbolçusu seçildi
“Beşiktaş”dan Ştegenə 8 milyon avroluq təklif
"Məşqçi kimi daha da püxtələşdim"
Ağ Ev Trampla Ronaldonun görüşündən görüntü yaydı - Video
“Kamp Nou”da ilk oyunda azarkeşləri sürpriz gözləyir
“Bayer"nin futbolçusu “Barselona” və “Bavariya”nın hədəfində
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
“Tottenhem”in hücumçusu "Roma"ya keçə bilər
Azərbaycan millisi FİFA reytinqində gerilədi
“Milan” Levandovskiyə maraq göstərir
“Real”ın müdafiəçisi millinin oyununda zədələndi
“Yuventus” Kenan Yıldızla razılığa gəldi
De La Fuente Türkiyə ilə heç-heçədən danışdı
Fransa Superkubokunun oyunu başqa ölkədə keçiriləcək
Elçin Məsiyev zədələndi, oyunun hakimi dəyişdi
"İnter" derbiyə itki ilə çıxacaq
Bellinqem, Palmer, Virtz, Vitinya...
Zədəli Osimhenin durumu açıqlandı
İlin klubu adına namizədlər hansılardır?
Azərbaycan güləşçisi İslamiadada finala yüksəldi
DÇ-2026-da seçmə mərhələnin bombardiri
Arteta, Flik, Mareska, Alonso...
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
İlin futbolçusu adına namizədlər - Siyahı
Çempionlar Liqası yenidən "Kamp Nou"da!
Misli Premyer Liqasında 12-ci turun hakimləri açıqlandı
U-21 millimiz Cəbəllütariqə belə qalib gəldi - Video
Avropa zonasının pley-off səbətləri - DÇ-2026