"Mançester Yunayted"in keçmiş futbolçusu Roy Kinin Azərbaycan millisinin baş məşqçisi ola biləcəyi barədə məlumatlar vətəni İrlandiyada geniş yayılıb.
Qol.az xəbər verir ki, yerli mətbuat bir tərəfdən hesab edir ki, Kinin yığmamıza baş məşqçi təyin edilməsi olduqca real görünür. Onların fikrincə, əfsanəvi müdafiəçinin maddi ehtiyacını ödəmək üçün ölkəmizdə yaxşı imkan var. Amma digər tərəfdən ortaya belə sual qoyulur: Bəs, AFFA-ya qalmaqallı, məşqçilikdə ciddi uğuru olmayan biri lazımdırmı?
“Extra.ie” nəşri isə yazır: “Roy Kinin AFFA ilə danışıq aparmasının bir səbəbi var - neftlə zəngin olan Xəzər dövləti xərcləməyi və pul yatırmağı sevir. Bu, Kin üçün əla olacaq. O, heç bir müqavilə danışıqlarında aldanmır. Kin son on il ərzində baş məşqçi işləməsə də, qiyməti bir faiz də düşməyib. Bəlkə də, buna görə çox təklif almır. Kin azərbaycanlılardan nə tələb etsə, bu, problem olmamalıdır. Əgər Kin AFFA ilə razılaşsa, səxavətlə mükafatlandırılacaq".
Azərbaycanın idman uğurlarından bəhs edən nəşr millimizin Avro-2020-nin seçmə mərhələsində cəmi bir xal toplamasından da yan keçməyib: “Milli komandada çalışarkən klubdakı imkanlara sahib olmursan. Roy Kin beş il İrlandiya millisində köməkçi məşqçi kimi işləyib. İndi hər şey onun özünü birinci rolda göstərmək istəməsindən asılı olacaq. O, indiyədək ölkəsindən uzaqlaşmaq istəməyib. 2011-ci ildə İslandiyada işləməkdən imtina etdi. 2012-ci ildə Türkiyənin “Kasımpaşa” klubunun təklifini qəbul etmədi. Kinin demək olar ki, 49 yaşı var, mürəkkəb xarakterə malikdir. Bəlkə də belə xarakter milli komandalardakı oyunlara uyğun gəlir. Hər halda nəticədən asılı olmayaraq, Azərbaycan millisində işləmək Kin üçün yaxşı təcrübə olacaq”.
"The Irish Times" nəşri isə Roy Kinin Azərbaycandakı perspektivinə inanmır: "Bir çox məşqçi milli komandaya rəhbərlik etmək istəyir. Azərbaycanda da kifayət qədər yerli məşqçilər var. Yəqin ki, Bakı Roy Kinin paltardəyişmə otağında futbolçularla necə mübahisə etməyindən və qalmaqallı açıqlamalarından xəbərsiz deyil. Futbol rəhbərləri başa düşürlər ki, Kinlə çətin olacaq və sadəcə, həyatlarını çətinləşdirmək istəmirlər.
Ehtimal olunur ki, Kin Avro-2020-nin seçmə mərhələsində cəmi bir xal toplayan məşqçidən daha uyğun hesab edilir. Ancaq indiki halda Kinin Azərbaycan millisi üçün ən uyğun namizəd sayılması təəccüblü olardı".
Qeyd edək ki, İrlandiya millisinin sabiq üzvü 2011-ci ildən bəri baş məşqçi kimi işləməyib. O, "Sanderlend" və "İpsviç Taun"da baş məşqçi kimi çalışıb. 49 yaşlı mütəxəssis İrlandiya millisində, "Aston Villa" və "Nottinqem Forest"də isə baş məşqçi köməkçisi olub (haqqın.az).
“Betis” İsko ilə müqaviləni yeniləyir
"Milan”ın futbolçusu derbi matçına qədər zədəsini sağaltdı
"Cəbrayıl"ın 7 qolluq qələbəsi - Video
Ronaldonun tarixi rekordunu yenilədi
“Bavariya”nın qapıçısı karyerasını başa vurur
Tomas Müller gələcəyi ilə bağlı qərarını verdi
Baş məşqçi Ülvi Babayevin oyun performansından danışdı
“Zaqatala”, “Mingəçevir” və “Cəbrayıl”dan qələbə
"Kəpəz" ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək
Jordi Alba “Barselona”dan ayrılma səbəbindən danışdı
“Pley-off”un püşkü atıldı - DÇ-2026
Asim Xudiyev Konfrans Liqasının matçında
DÇ-2026: Qitələrarası pley-offun püşkü atıldı
"Bavariya" qərarını verdi
Millimiz Bolqarıstana uduzdu
İki güləşçimiz İslamiadanın finalında
Elxan Abdullayevdən 1:6 hesablı məğlubiyyətə şərh
"Şahdağ Qusar" iki transfer etdi
"Prezident seçilsəm, ilk işim Messiyə zəng etmək olacaq"
Konte qayıtdı, fırtına səngidi
Kurtuaya görə 3 ən yaxşı qapıçı
UEFA-nın rəsmi saytı "Napoli" - "Qarabağ" oyunundan yazdı
"Mançester Siti"dən ayrılır
Messi "Barselona"dan getdiyinə peşmandır?
Neymar 3 ay yarımdan sonra qol vurdu
İlin futbolçusu seçildi
Millimizdən 2 məğlubiyyət
Azərbaycan güləşçisi İslamiadanın qalibi oldu
“Beşiktaş”dan Ştegenə 8 milyon avroluq təklif
"Məşqçi kimi daha da püxtələşdim"
Ağ Ev Trampla Ronaldonun görüşündən görüntü yaydı - Video
“Kamp Nou”da ilk oyunda azarkeşləri sürpriz gözləyir
“Bayer"nin futbolçusu “Barselona” və “Bavariya”nın hədəfində
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
“Tottenhem”in hücumçusu "Roma"ya keçə bilər
Azərbaycan millisi FİFA reytinqində gerilədi
“Milan” Levandovskiyə maraq göstərir
“Real”ın müdafiəçisi millinin oyununda zədələndi
“Yuventus” Kenan Yıldızla razılığa gəldi
De La Fuente Türkiyə ilə heç-heçədən danışdı