"Mançester Yunayted"in baş məşqçisi Ole-Qunnar Sulşer komandanın qapıçısı David de Xeanın tənqid olunmasına münasibət bildirib.
Qol.az Britaniya mətbuatna istinadən xəbər verir ki, o, ispan qolkiper haqda deyilən fikirlərlə razılaşmayıb:
"De Xea dünyanın ən yaxşı qapıçısıdır. O, son 7 matçda cəmi 2 qol vuraxıb. David bizə yenə də qələbələr qazandırır. O, məşqlərdə çalışır və psixoloji cəhətdən güclüdür. Mənim qapıçımızın işindən çox məmnunam".