Fəridin komandasından növbəti qələbə

Fəridin komandasından növbəti qələbə
XƏBƏR 18 İyun 2020 / 22:34 1965
-  A +

Çexiya 2-ci divizionunda 24-cü turun oyunları keçirilib.
 
Qol.az xəbər verir ki, gənclər millimizin üzvü Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya Jijkov” səfərdə “Jihlava” ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb - 1:0.
 
Start heyətdə meydana çıxan Fərid 58-ci dəqiqədə əvəzlənib. Bu mövsüm iki qol vuran Nəbiyev bu dəfə fərqlənə bilməyib. 
 
Qeyd edək ki, “Viktoriya” hazırda 44 xalla 16 komanda arasında 3-cü pillədə qərarlaşıb.

Son xəbərlər